Məxfilik Siyasəti

Uber ML B.V.

Son dəfə dəyişiklik edildi: 16 aprel 2018 – ci il.

Bu siyasət topladığımız məlumatı,onun istifadə məqsədlərini və üçüncü şəxslərə açıqlanmasını, habelə müvafiq məlumatlarla bağlı hüqüqlarınızı müəyyənləşdirir.

Uber ML B.V. xidmtlərini istifadə etməyə başlamaqla, siz Məxfilik Siyasətini,burada təsvir edilmiş şərtləri və məlumatın emal edilməsi hallarını qəbul etmiş olursunuz. Bu Siyasətin müddəaları ilə tam və ya qismən razı olmadığınız halda, Uber ML B.V. xidmətlərindən istifadə etməməlisiniz.

1. Bu Siyasət xüsusi hallar istisna olmaqla, Rusiya Federasiyası, Belarus Respublikası, Kazaxstan Respublikası və Azərbaycan Respublikasından olan Uber ML B.V.-nin xidmətlərini (bundan sonra “Uber ML B.V.” və ya “biz” olaraq qeyd olunacaq) istifadə edən bütün istifadəçilərə və Uber ML B.V-yə müraciət edən ya da hər hansı şəkildə bizə məlumatlarını təqdim edən digər şəxslərə şamil olunur. Bura Uber ML B.V. və onun aidiyyəti şəxslərinin xidmətlərindən və servislərindən istifadə edənlər daxildir.

2. Fərdi məlumatların operatoru

Uber ML B.V. tərəfindən Rusiya Federasiyasında, Belarus Respublikasında, Qazaxıstan Respublikasında, Azərbaycan Respublikasında təqdim etdiyi xidmətlərə görə, verdiyiniz və ya topladığınız məlumatlarla əlaqəli fərdi məlumatların operatoru olan Uber ML B.V. və ya onun filialları, həmçinin Uber B.V. (Hollandiyanın Amsterdam şəhərində Treblaan 7, 1097 DP, Hollandiya, 56317441 saylı Amsterdam Ticarət Palatasında qeydiyyatdan keçmiş Hollandiya), növbəti hüquqi ünvan ilə Uber ML B.V təmsil edir: Schiphol Boulevard 165, 1118 BG Schiphol, the Netherlands.

3. Topladığımız məlumat

Uber ML B.V. şirkəti aşağıda göstərilmiş kateqoriyalar üzrə məlumat toplayır:

3.1. Xidmətlərimiz və tətbiq proqramlarımızdan istifadə edərkən və müştərilərə dəstək xidmətimizə müraciət zamanı, Uber ML B.V. istifadəçiləri tərəfindən (Uber ML B.V.-nin sürücülük və çatdırılma xidmətlərini göstərən tərəfdaşları da daxil olmaqla) təqdim edilmiş məlumat;

3.2. Uber ML B.V. xidmətləri və tətbiq proqramlarından istifadə zamanı avtomatik şəkildə yaradılan məlumat, hər isitfadəçinin cihazından əldə olunan məlumat (cihazın yerləşdiyi yer haqqında məlumat, cihaz və Uber ML B.V. tətbiq proqramlarının parametrləri, IP ünvan və kukilər), tranzaksiya, statistik və rəftardavranışa dair məlumatlar.

3.3. Uber tətbiqetməsi vasitəsilə edilən zəng və mesajlar haqda məlumat, o cümlədən zəngin / mesajın tarixi və vaxtı, mesajın mətni (Uber tətbiqetməsində bu funksiyadan istifadə edildikdə). Qeyd edilən funksiya istifadəçilərə və Uber ML B.V. şirkətinin partnyorlarının kuryerlarına və bağlama alıcılarına şəxsi nömrələrinin gizli qalaraq zəng etmək və mesaj yazmaq imkanı yaradır. Uber ML B.V. şirkəti qeyd edilən məlumatı dəstək xidmətinin fəaliyyətinin (o cümlədən, istifadəçilər arasında mübahisəli halların həlli üçün) və təhlükəsizliyin təmin edilməsi üçün, həmçinin analitik araşdırmaların aparılması üçün də istifadə edə bilər

3.4. İstifadəçilər (Uber ML B.V.-nin sürücülük və çatdırılma xidmətlərini göstərən tərəfdaşları da daxil olmaqla) haqqında aşağıda göstərilmiş mənbələrdən əldə edilmiş məlumatlar:

  • rəy göndərən digər istifadəçilər ( reytinq, şikayət və təriflər kimi);

  • Sizə hesabınızı yaratmağa və hesaba və ya servislərinə giriş əldə etməyə imkan verən Uber ML B.V. şirkətinin biznes tərəfdaşları(ödəniş təminatçıları, sosial şəbəkə saytları, sorğu əsasında göstərilən musiqi xidmətləri, Uber API istifadəçiləri), eləcə də bu Siyasətdə göstərilən məqsədlərə zidd olmayan məqsədlər üçün məlumatın üçüncü şəxslərə ötürülməsinə razılıq almış Uber ML B.V. şirkətinin biznes tərəfdaşları.;

  • sığorta, maliyyə və marketinq xidmətlərinin tədarükçüləri;

  • tərəfdaş nəqliyyat şirkətləri (əgər siz Uber ML B.V. şirkətinin tərəfdaşlarının sürücüsü olsanız);

  • “Biznes üçün Uber ML B.V”.-nin və ya Uber ML B.V. Ailə profilinin sahibləri;

  • ictimaiyyətə açıq olan mənbələr.

4. Məlumatın İstifadə qaydası və Məqsədləri

4.1. Sizinlə bağladığımız müqavilə və sazişlərdə qeyd olunduğu kimi, biz sizin məlumatlarınızı öz öhdəliklərimizi yerinə yetirmək və sizə xidmətlərimizi və onların funksiyalarını təmin etmək üçün istifadə edirik. Uber ML B.V şirkətininfunksional imkanlarına aşağıdakılar daxildir (və bunlarla məhdudlaşmır):

  • İstifadəçilərə Uber ML B.V. şirkətinin tərəfdaşları tərəfindən məlumatın verilməsi

  • Uber ML B.V.-nin tərəfdaşları tərəfindən daşınma, çatdırılma xidmətləri və s. təmin edilməsi;

  • Uber ML B.V.-nin tərəfdaşlarının xidmətləri üçün onların adından çıxış edərək ödənişlərin emalı və icrası;

  • Uber ML B.V. şirkətinin tərəfdaşlarının xidmətləri ilə əlaqədar sığorta və ya maliyyələşdirmə üçünhəllərinin təklif edilməsi, qəbul edilməsi, təmin edilməsi və ya sadələşdirilməsi;

  • digər insanlarla məlumat mübadiləsi (məsələn, Uber ML B.V.-yə tərəfdaş olan sürücü barədə kompliment/təqdirnaməni təqdim etmək, Uber ML B.V. xidmətlərinə dostunuzu yönləndirmək, gediş haqqını və ya TÇV-ni paylaşmaq kimi məlumatları digər şəxslərlə paylaşmağa imkan yaradan funksiyaların təmin edilməsi);

  • sevimli məkanlar üzrə əlfəcin yaratmaq kimi Uber ML B.V. hesabınızı fərdiləşdirən funksiyalar təmin edilməsi;

  • proqram təminatı səhvlərinin və əməliyyat problemlərinin aradan qaldırılması, məlumatların təhlili, yoxlanılması və araşdırılması, habelə istifadənin və fəaliyyətin tendensiyalarının izlənilməsi və təhlili daxil olmaqla, xidmətlərimizi təmin etmək üçün lazım olan daxili əməliyyatların həyata keçirilməsi;

  • Uber ML B.V. tərəfdaşlarının sürücülərinin cihazlarından məlumat toplanması, təhlükəli sürücülük, ani əyləc və ya qəfil sürətlənmə hallarının müəyyən edilməsi;

  • Uber ML B.V tərəfdaşının sürücüləri barədə məlumatın doğruluğunun yoxlanılması;

  • müştəriyə dəstək xidmətləri ilə əlaqə saxladığınız zaman kömək göstərilməsi (suallarınızın müştəriyə dəstək xidməti üzrə müvafiq nümayəndəyə yönləndirilməsi; şikayətlərinizi araşdırılması və aradan qaldırılması; müştəriyə dəstək xidmətinin cavablarına nəzarət edilməsi və onların təkmilləşdirilməsi).

4.2. Yoxlama, tədqiqat, təhlil və məhsulun təkmilləşdirməsi üçün biz anonim, statistik və məcmu formasına gətirilmiş məlumatdan (data) istifadə edirik.

4.3. Yuxarıda təsvir olunmuş Uber ML B.V. xidmətlərinin bəzi funksiyaları bizdən tələb edir ki, biz məlumatın bir hissəsini (data – buraya sərhədarası transmissiyalar da daxildir) digər şəxslər, Uber ML B.V, tərəfdaşları, üçüncü şəxslər, Uber ML B.V. və onun aidiyyəti şəxsləri ilə paylaşaq. Misal üçün, Uber ML B.V.-yə tərafdaş olan bir sürücü barədə məlumatın bir qismi istifadəçinin ixtiyarına verilir ki, Uber ML B.V.-nin tərəfdaşı daşıma xidmətlərini həyata keçirə bilsin. Eyni məqsəd üçün istifadəçi barədə məlumatın bir qismi Uber ML B.V.-nin tərəfdaşı və Uber ML B.V.-ya tərəfdaş olan sürücü üçün əlçatan edilir.

4.4. Uber ML B.V. xidmətləri və tətbiq proqramlarının funksiyalarını istifadə etməklə, siz Uber ML B.V.-yə yuxarıda qeyd olunan məqsədlər üçün istənilən lazımi metodlardan istifadə edərək (buraya sərhədarası data transmissiyası daxil olmaqla – avtomatik alətlərin köməyi ilə ya da belə alətlər istifadə edilmədən) sizə aid məlumatların (data) emal edilməsinə razılıq verirsiniz.

4.5. Uber ML B.V. topladığı məlumatı istifadə etməklə sizə məlumat və reklam mesajları göndərə bilər.

5. Kukilər və üçüncü tərəf texnologiyaları

Kukilər veb-saytlar, proqramlar, onlayn media və reklamlar vasitəsilə brauzer və ya cihazınızda saxlanılan kiçik mətn fayllarıdır. Uber ML B.V. aşağıdakı məqsədlər üçün kuki və bənzər texnologiyalardan istifadə edir:

  • uber ML B.V. xidmətlərinin nadir istifadəçilərinin əslliyinin yoxlanması;

  • istifadəçi seçimləri və ayarlarının yadda saxlanması;

  • məzmunun populyarlığının müəyyən edilməsi;

  • reklam kampaniyalarının effektivliyinin təmin edilməsi və qiymətləndirilməsi;

  • Sayt trafiki və trendlərini təhlil etmək və ümumilikdə xidmətlərimizdən istifadə edən şəxslərin onlayn davranış və maraqlarının anlanılması.

Biz həmçinin, digər şəxslərə bizim üçün auditoriyanın və analitiklərin statistik qiymətləndirilməsi xidmətini və ya bizim adımızdan internetdə reklam yerləşdirilməsini, bu reklamın effektivliyinin izlənməsini və buna dair bizə məlumat verilməsini icazə verə bilərik.Bu şəxslər və təşkilatlar, siz saytımıza daxil olduqda və xidmətlərimizdən istifadə etdikdə, həmçinin digər onlayn sayt və xidmətlərə daxil olduqda cihazınızı müəyyən etmək məqsədi ilə kuki, veb mayaklar, SDK-lar və digər texnologiyalardan istifadə edə bilərlər.

6. Məlumatın Paylaşımı və Açıqlanması

6.1. Xidmətlərimiz və tətbiq proqamlarımızın funksiyalarını təmin etmək məqsədi ilə Uber ML B.V. xidmətlərinin digər istifadəçiləri (buraya Uber ML B.V.-yə tərəfdaş olan sürücüləri və çatdırılma xidmətlərini göstərənlər də daxil olmaqla) və Uber ML B.V şirkətinin tərəfdaşları:

  • Uber ML B.V. istifadəçisinizsə, biz Uber ML B.V. şirkəti ilətərəfdaş olan sürücülərlə adınızı (soyadınızı yox), orta reytinq məlumatlarını, eləcə də açılış yeri və / və ya təyinat nöqtəsi barədə məlumatları verə bilərik.

  • POOL səfərinizi digər Uber ML B.V. istifadəçisi ilə bölüşürsünüzsə, həmin istifadəçiyə adınız deyilə və o, götürülmə və/və ya düşürülmə məkanınızı görə bilər.

  • Uber ML B.V.-yə tərəfdaş şirkətin sürücüsü və ya kuryerisinizsə, müştərilərinizə bu məlumatları təqdim edə bilərsiniz: adınız və fotoiniz; marka, model, rəng, dövlət qeydiyyat nömrəsi və avtomobilin fotoşəkili; yeriniz; ərizə və əlaqə məlumatlarınızdakı orta qiymət (tətbiq olunan qanuna uyğun olaraq).

  • Digər istifadəçi (Uber ML B.V. tərəfdaşları daxil olmaqla) ilə əlaqəli olan və ya ona məxsus olan hesabdan istifadə edirsinizsə biz səfərləriniz barədə məlumatı hesab sahibinə verə bilərik.

  • Profilinizi Uber ML B.V.-yə tərəfdaş olan sürücü kimi doldurursunuzsa, biz bu profil ilə bağlı olan hər hansı məlumatı da (buraya sizin daxil etdiyiniz məlumat, eləcə də digər sərnişinlərin sizin haqqınızda keçmiş səfər nəticəsində verdikləri rəyləri) Uber ML B.V. istifadəçilər, Uber ML B.V. tərəfdaşlar və üçüncü tərəflərlə paylaşa bilərik və bununla da Uber ML B.V. tərəfdaşlarımızın adından xidmətlərimiz və tətbiq proramlarımızın funksiyalarını işlədə bilərik.

  • İstifadəçi/çatdırılma xidmətini istifadə edən şəxs ödəniş barədə hesab qəbzini aldıqda, orada sərnişinlər arasında ödəniləcək məbləğin bölgüsü, sizin adınız (soyadınız yox), şəkil, istifadə etdiyiniz marşrutun xəritəsi və digər tranzaksiya məlumatları əks olunacaq.

6.2. Uber ML B.V. xidmətləri və tətbiq proqramlarını istifadə edəndə isitfadəçilər öz məlumatlarını üçüncü tərəflərlə paylaşa bilər (birbaşa xidmətlərimiz və tətbiq proqramlarımızı isitfadə edəndə, ya da bunu Uber ML B.V. vasitəsilə edəndə):

  • Uber ML B.V. sizin təyinat məntəqənizə gözlənənə görə çatma vaxtını və düşəcəyiniz yer barədə məlumatı ya da gediş haqqını digər şəxslə bölüşdüyünüz zaman sizin səfər barədə məlumatı, siz istəyərsinizsə, digər şəxslə paylaşa bilər.

  • İstifadəçi üçüncü tərəfin xidməti üçün və ya tərəfdaş vasitəsilə ya da üçüncü tərəfin təklif etdiyi güzəştli aksiya vasitəsilə Uber ML B.V. xidmətləri üçün müraciət edərsə. Buraya aşağıdakılar daxil ola bilər: missal üçün, bizim API-lər və ya xidmətlərlə inteqrasiya edilmiş digər tətbiq proqamları və ya veb-saytlar, və ya bizim inteqrasiya etdiyimiz API və ya xidmət, ya da güzəştli aksiya, müsabiqə və ya ixtisaslaşdırılmış xidməti həyata keçirmək Uber ML B.V.-nin tərəfdaşlıq edə biləcəyi bizne tərəfdaşlar.

6.3. İctimai forumlar, Uber ML B.V.-dən bloglar, şəbəkələrimiz və şəbəkəmizin digər vasitələrindən bizə göndərdiyiniz mesajlar ictimaiyyətə açıq olur..

6.4. İstifadəçiyə aid məlumatların üçüncü şəxslərə verilməsi də tətbiq olunan qanunla təmin edilə bilər..

7. Məlumatın Saxlanması və Silinməsinin İdarəolunması

7.1. Uber ML B.V. hesabınız aktiv olan müddət ərzindər sizə dair məlumatları saxlayır. Məlumatınız və ya hesabınızın silinməsi üzrə müraciət etdiyiniz halda, Uber ML B.V. məlumatınızı silir və ya anonimləşdirir. Uber ML B.V. xidməti və ya tətbiq proqramına məlumatın silinməsi, ya da əlaqə forması daxil olmadığı halda məlumatınızın və ya hesabınızın silinməsi üzrə müraciətinizi bu ünvana göndərə bilərsiniz : support@support-uber.com. Eyni zamanda, Uber ML B.V. hesab silindikdən sonra qanunvericiliyin tələb etdiyi halda məlumat məcmu və ya anonim formada saxlana bilər.

7.2. Siz Uber ML B.V. xidmətlərinə qeydiyyatdan keçirdiyiniz hesab vasitəsi ilə məlumatlarınıza keçid ala bilərsiniz. Öz hesabınızda daxil etdiyiniz adınız, telefon nömrəsi və ya elektron poçt ünvanı (e-mail), eləcə də məxfilik ayarları kimi məlumatları istədiyiniz şəkildə idarə edə bilərsiniz.

7.3. Uber ML B.V. tətbiq proqramları istifadəçinin cihazındakı müəyyən növ məlumatlara keçid almaq üçün icazələr barədə (əməliyyat sistemindən asılı olaraq) istifadəçiyə bildirişlər göndərə bilər və ya ondan icazə istəyə bilər. Bu tətbiq proqramından istifadə etməklə siz həmin icazələrin verilməsinə razılığınızı verirsiniz.

7.4. İstəyinizdən asılı olaraq siz Uber ML B.V.-dan e-poçt və digər mesajları almaq abunəliyindən çıxa bilərsiniz, bunu həmin mesajlardakı təlimatları yerinə yetirməklə etmək mümkündür. Nəzərə alın ki, abunəlikdən çıxsanız belə, sizə səfərlər üzrə qəbzlər və ya hesaba dair məlumatlar kimi reklam ilə əlaqəli olmayan mesajlar göndərə bilərik.

7.5. Məlumatların məxfiliyinin qorumaq məqsədi ilə Uber ML B.V. təşkilati, hüquqi və texniki tədbilər tətbiq edir.

7.6. Rusiya Federasiyasından olan istifadəçilər barədə məlumat toplayarkən, Uber ML B.V. belə məlumatın Rusiya Federasiyası ərazisində yerləşən məlumat bazaları vasitəsi ilə yazılması, strukturlaşdırılması, yığılması, arxivləşdirilməsi, üzərində düzəlişlərin aparılması (yenilənməsi, redaktə edilməsi) və xaric edilməsini təmin edir. Bu məqsədlər üçün Uber ML B.V. bu ərazidə proqram təminatı (software) və ya aparaturu (hardware), eləcə də proqram təminatı üzrə obyektləri olan aidiyyəti şəxslərinə məlumatın emal edilməsini tapşıra bilər.

8. Siyasətin yenilənməsi

Bu siyasət vaxtaşırı yenilənə bilər. Məxfilik təcrübələrimizə dair ən son məlumatları almaq üçün bu siyasəti vaxtaşırı nəzərdən keçirməyinizi tövsiyə edirik. Bununla yanaşı, məxfilik siyasətimizin əvvəlki versiyaları da baxış üçün əlçatan olacaq. Məxfilik Siyasətinin yeni versiyası qüvvəyə mindikdən sonra Uber ML B.V. xidmətlərindən istifadə etməyiniz bu siyasətə edilən dəyişiklikləri qəbul eməyiniz kimi başa düşülür.