Hüquqi məlumat

UBER ML B.V.

ŞƏRTLƏR VƏ QAYDALAR

Son yeniləmə tarixi: 16 aprel 2018-ci il

1. Müqavilə Münasibətləri

Bu İstifadə Şərtləri (“Şərtlər”) Amsterdam Ticarət Palatasında 69453632 qeydiyyat nomrəsi ilə Niderlandda yaradılmış və baş ofisi Schiphol Boulevard 165, 1118 BG Schiphol, Niderland ünvanında yerləşən, məhdud məsuliyyətli özəl şirkət olan Uber ML B.V. (“Uber”) tərəfindən Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxstan Respublikası və Azərbaycan Respublikasından olan fiziki şəxslər qismində çıxış edən sizlər üçün mümkün edilən tətbiq proqramları, vebsaytlar, məzmun, məhsullar və xidmətlərdən (“Xidmətlər”) istifadə etməyi və onlara keçid almağı müəyyən edir.

ZƏHMƏT OLMASA, XİDMƏTLƏRƏ KEÇİD ALMAQDAN VƏ ONLARI İSTİFADƏDƏN ÖNCƏ BU ŞƏRTLƏRİ DİQQƏTLƏ OXUYUN.

Xidmətlərə keçid almağınız və onlardan istifadəniz siz və Uber arasında müqavilə münasibətlərini təyin edən bu Şərtlərlə razılaşmanızı təsdiq edir. Bu Şərtlərlə razı olmadığınız halda, Xidmətlərə keçid ala və onlardan istifadə edə bilməyəcəksiniz. Bu Şərtlər sizinlə bağlanan əvvəlki bütün razılaşmalar və ya müqavilələri açıq şəkildə əvəz edir. Uber istənilən zaman istənilən səbəbdən bu Şərtləri və ya sizinlə bağlı hər hansı Xidmətləri dərhal dayandıra və ya ümumilikdə Xidmətlər və ya onların hər hansı hissəsini təklif etməkdən imtina edə və ya onlara çıxışın qarşısını ala bilər.

İkinci Dərəcəli şərtlər xüsusi tədbir, fəaliyyət və ya təşviqatla bağlı qaydalar kimi müəyyən Xidmətlərə tətbiq edilə bilər. Belə halda, ixtiyarınıza verilə bilən Xidmətlərlə bağlı bu cür ikinci dərəcəli şərtlər sizə açıqlanacaqdır. İkinci Dərəcəli şərtlər ixtiyarınıza verilə bilən Xidmətlərin məqsədləri üçün mövcud Şərtlərə əlavədir və onun bir hissəsi hesab edilməlidir. İxtiyarınıza verilə bilən Xidmətlərlə bağlı hər hansı ziddiyyət yarandıqda İkinci Dərəcli şərtlər bu Şərtlərdən üstün tutulmalıdır.

Uber vaxtaşırı olaraq Xidmətlərlə bağlı Şərtləri dəyişə bilər. Dəyişikliklər Uber tərəfindən bu cür yenilənmiş Şərtlərin və ya ixtiyarınıza verilə bilən Xidmətlərlə bağlı üzərində dəyişiklik aparılmış siyasət və ya ikinci dərəcəli şərtlərin burada dərc edilməsi anından qüvvəyə minəcək. Xidmətlərə keçid almağınız və ya onlardan istifadəyə davam etməniz bu cür dərcdən sonra yeni Şərtlərlə razılaşmanızı təsdiq edəcək.

Xidmətlərlə bağlı şəxsi məlumatı toplamamız və ondan istifadə etməmizlə bağlı məlumat Uber ML B.V.-nin https://www.support-uber.com/ppAZ səhifəsində qeyd edilmiş Məxfilik Siyasətinə uyğun edilmişdir. Siz və Üçüncü Tərəf Təminatçısının (daşınma şəbəkəsindən olan şirkət sürücüsü daxil olmaqla) cəlb edilməsi ilə baş verən hadisəni ehtiva edən şikayət, mübahisə və ya münaqişə olduqda və müvafiq məlumat şikayət, mübahisə və ya münaqişənin həlli üçün vacib olduqda Uber iddiaçının vəkili və ya sığortaçını bütün lazımi məlumatla təmin edə bilər (əlaqə məlumatınız daxil olmaqla).

Xidmətlərdən istifadə edərkən, eləcə də Xidmtlərlə sizi təmin etmək məqsədilə siz həm də razılaşırsınız ki, sərhəd-keçmə transferi, Üçüncü Tərəf Təminatçısı və Uber-in filiallarına ötürülmə, eləcə də aşağıda qeyd olunan şəxslərə ötürülmə buraya daxil olmaqla Uber sizin şəxsi məlumatlarınızı emal etsin:

Amsterdam Ticarət Palatasında 56317441 qeydiyyat nomrəsi ilə Niderlandda yaradılmış və baş ofisi Mr. Treublaan 7, 1097 DP, Amsterdam, Niderland ünvanında yerləşən, məhdud məsuliyyətli özəl şirkət olan Uber B.V.:

  • Uber adından sizin şəxsi məlumatlarınızı (bu məlumatlara dair məxfilik tələblərinə riayət etməklə) toplayır və emal edir;

  • sizi Xidmətlərlə təmin etmək məqsədilə Uber şəxsi məlumatlarınızın bir qismini bu şirkətdən alır (əgər sizinlə razılıq əsasında belə bir məlumat Uber B.V. tərəfindən öncə toplanmışdırsa);

  • təqdim etdiyi Xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Uber şəxsi məlumatlarınızın bir qismini (bu cür məlumatın təhlili və araşdırılması yolu ilə) həmin şirkətə təqdim edir

2. Xidmətlər

Xidmətlər, onların bir hissəsi kimi qəbul olunmuş Uber mobil tətbiq proqramları və ya vebsaytları (hər biri ayrılıqda “Tətbiq Proqramı”) istifadəçilərinə daşınma və/və ya təchizat xidmətlərinin bu cür xidmətlərin müstəqil üçüncü tərəf təminatçıları, eləcə də Uber və ya müəyyən Uber filiallarının müqavilə bağladığı müstəqil üçüncü tərəf daşınma təminatçıları və müstəqil üçüncü tərəf təchizat təminatçıları (“Üçüncü Tərəf Təminatçıları”) ilə pulsuz təşkil edilməsi və planlaşdırılması imkanını verən texnoloji platformadır. Uber tərəfindən ayrıca yazılı müqavilədə razılaşdırılmadığı halda, Xidmətlər yalnız sizin şəxsi, qeyri-ticari istifadəniz üçün mümkün edilir. SİZ QƏBUL EDİRSİNİZ Kİ, UBER DAŞINMA VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ TƏMİN ETMİR VƏ YA DAŞIYICI KİMİ FƏALİYYƏT GÖSTƏRMİR VƏ BÜTÜN BU CÜR DAŞINMA VƏ TƏCHİZAT XİDMƏTLƏRİ UBER VƏ YA ONUN HƏR HANSI FİLİALLI İLƏ ƏMƏK MÜQAVİLƏSİ OLMAYAN MÜSTƏQİL ÜÇÜNCÜ TƏRƏF PODRATÇILARI TƏRƏFİNDƏN TƏMİN EDİLİR. XİDMƏTLƏR VƏ YA MƏHSULLARIN ƏLDƏ OLUNMASI İLƏ BAĞLI SİZİNLƏ ÜÇÜNCÜ TƏRƏF TƏCHİZATÇILARI ARASINDA MÜNASİBƏTLƏR SİZİNLƏ ÜÇÜNCÜ TƏRƏF TƏCHİZATÇILARI ARASINDA QƏBUL OLUNAN MÜVAFİQ RAZILAŞMALAR İLƏ TƏNZİMLƏNİR VƏ UBER BU RAZILAŞMALARDA TƏRƏF QİSMİNDƏ ÇİXİŞ ETMİR.

Lisenziya.

Sizin bu Şərtlərə əməl etməniz üçün Uber sizə aşağıdakılar üçün qeyri-eksklyuziv, ötürülə bilməyən, alt-lisenziya yaradıla bilməyən, başqalarına keçirilə bilməyən lisenziya verir: (i) yalnız Xidmətlərdən istifadəniz məqsədilə Tətbiq Proqramlarını şəxsi cihazınızda açmaq və onlardan istifadə etmək; və (ii) Xidmətlər vasitəsilə mümkün edilə bilən hər hansı məzmun, məlumat və ya əlaqədar materiallara çıxış və onlardan istifadə (hər bir halda yalnız şəxsi və qeyri-ticari istifadə üçün). Burada xüsusilə təmin edilməyən bütün hüquqular Uber və Uber lisenziyaçılarına aid olaraq qalır.

Məhdudiyyətlər.

Siz aşağıdakıları edə bilməzsiniz: (i) Xidmətlərin hər hansı hissəsindən müəllif hüququ, ticarət nişanı və ya başqa mülkiyyət qeydlərini silmək; (ii) Uber tərəfindən xüsusi icazə verilmədiyi hallarda Xidmətləri təkrar təmin etmək, dəyişmək, onlara əsasən ayrıca iş hazırlamaq, yaymaq, lisenziya vermək, lizinqlə vermək, satmaq, təkrar satmaq, ötürmək, açıqlamaq, açıq şəkildə icra etmək, paylamaq, yayımlamaq və ya başqa cür istismar etmək; (iii) müvafiq qanunla icazə verilmədiyi halda Xidmətlərin mənbə kodunu açmaq, pozmaq və ya sökmək; (iv) Xidmətlərin hər hansı hissəsinə keçid vermək, əks etdirmək və ya çərçivələmək; (v) Xidmətlərin hər hansı hissəsinin kəsilməsi, indekslənməsi, sorğulanması və ya təhlili məqsədilə hər hansı proqram və ya sxem yaratmaq və ya yaradılmasına səbəb olmaq və ya Xidmətlərin hər hansı hissəsinin əməliyyatı və/və ya funksionallığını dayandırmaq və ya ləngitmək; və ya (vi) Xidmətlərin hər hansı hissəsi və ya onlarla bağlı sistem və ya şəbəkələrə səlahiyyətsiz çıxış cəhdi etmək.

Xidmətlərin Təminatı.

Siz qəbul edirsiniz ki, Xidmətlərin hissələri daşınma və ya loqistika ilə bağlı aşağıdakı daşınma sorğu brendlər daxil olmaqla Uber-in fərqli sorğu brendlərinə və ya sorğu parametrlərinə əsasən təmin edilə bilər: “Uber,” “uberPOP,” “uberX,” “uberXL,” “UberBLACK,” “UberSUV,” “UberBERLINE,” “UberVAN,” “UberEXEC”“UberLUX” və təchizat brendləri - “UberRUSH,” “UberFRESH”“UberEATS”. Siz eyni zamanda qəbul edirsiniz ki, Xidmətlər həmin brendlərə və ya sorğu parametrlərinə əsasən aşağıdakılarla əlaqədar və ya onlarla bağlı təmin edilə bilər: (i) Uber-in müəyyən törəmələri və filialları; və ya (ii) müsqətil Üçüncü Tərəf Təminatçıları, o cümlədən, daşınma şəbəkəsi şirkətinin sürücüləri, daşınma çarteri icazəsi olanlar və ya bənzər daşınma icazələri, səlahiyyətləri və ya lisenziyaları olanlar.

Üçüncü Tərəfdən Xidmətlər və Məzmun.

Xidmətlər Uber tərəfindən idarə edilməyən üçüncü tərəfdən xidmətlər və məzmun (reklam daxil olmaqla) ilə bağlı mümkün edilə və ya çatımlı ola bilər. Siz qəbul edirsiniz ki, fərqli xidmət şərtləri və məxfilik siyasətləri sizin bu cür üçüncü tərəf xidmətləri və məzmunundan istifadənizə tətbiq edilə bilər. Uber bu cür üçüncü tərəf xidmətləri və məzmununu təsdiq etmir və heç bir halda Uber bu cür üçüncü tərəf xidmət təminatçılarının məhsulları və xidmətləri üçün məsuliyyət daşımamalıdır. Bundan əlavə Apple Inc., Google, Inc., Microsoft Corporation və ya BlackBerry Limited şirkətləri və/və ya onların müvafiq beynəlxalq nümayəndə və filialları sizin Apple iOS, Android, Microsoft Windows və ya Blackberry mobil cihazları üçün hazırlanmış Tətbiq Proqramlarından istifadə edərək Xidmətlərə çıxışınız zamanı bu müqavilənin üçüncü tərəf benefisiarları olacaqdır. Həmin üçüncü tərəf benefisiarları bu müqavilənin tərəfləri deyil və heç bir halda Xidmətlərin təminatı və ya dəstəyi üçün məsuliyyət daşımır. Sizin bu cihazlar vasitəsilə Xidmətlərə çıxışınız müvafiq üçüncü tərəf benefisiarlarının xidmət şərtlərində qeyd edilmiş şərtlərlə idarə edilir.

Sahiblik.

Xidmətlər və burada qeyd edilən bütün hüquqlar Uber və ya Uber lisenziyaçılarının mülkiyyəti olaraq qalmalıdır. Nə bu Şərtlər, nə də sizin Xidmətlərdən istifadəniz sizə aşağıdakı hüquqları vermir: (i) yuxarıda qeyd edilən məhdud lisenziyadakı hüquqlardan başqa Xidmətlərlə bağlı hüquqlar; və ya (ii) Uber və ya Uber lisenziyaçılarının hüquqi adları, loqoları, məhsul və xidmət adları, ticarət nişanları və ya xidmət nişanlarından istifadə etmək və ya onlara istinad etmək hüququ.

3. Sizin Xidmətlərdən İstifadəniz

İstifadəçi Hesabları.

Xidmətlərin əksər imkanlarından istifadə etmək üçün siz Xidmətlər üçün aktiv şəxsi istifadəçi hesabı yaratmalı və qeydiyyatdan keçməlisiniz (“Hesab”). Hesab açmaq üçün sizin 18 yaşınız və ya qanunvericiliyinizə əsasən yetkinlik yaşınız (18 yaşdan fərqli olarsa) tamam olmalıdır. Hesabınızı qeydiyyatdan keçirmək üçün siz adınız, ünvanınız, mobil telefon nömrəniz və yaşınız kimi müəyyən şəxsi məlumatınızı, eləcə də ən azı bir etibarlı ödəniş metodunuzu (kredit kartı və ya qəbul edilmiş ödəniş tərəfdaşı) Uber-ə bildirməlisiniz. Siz Hesabınızda dəqiq, tam və yenilənmiş məlumatı qeyd etməyə razısınız. Siz Hesabınızda yanlış və ya etibarsız ödəniş metodu daxil olmaqla, dəqiq, tam və yenilənmiş məlumatı qeyd etmədikdə, bu, sizin Xidmətlərə çıxışınız və onlardan istifadənizi mümkün etməyə və ya Uber ilə aranızda bağlanmış bu Müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Siz Hesabınızda baş verən bütün əməliyyatlar üçün məsuliyyət daşıyırsınız və Hesabınızın istifadəçi adı və şifrəыini həmişə qorumaq və təhlükəsizlikdə saxlamağa razılaşırsınız. Uber tərəfindən yazılı icazə verilidyi hallar istisna olunmaqla, siz yalnız bir Hesab yarada bilərsiniz.

İstifadəçi Tələbləri və Davranış.

18 yaşına çatmamış şəxslər Xidmətdən istifadə edə bilməz. Siz üçüncü tərəflərə Hesabınızdan istifadə etmək icazəsini verə bilməzsiniz və 18 yaşı tamam olmamış şəxslərə Üçüncü Tərəf Təminatçılarından daşınma və ya təchizat xidmətləri almağa imkan verməməlisiniz (tərəfinizdən müşayiət edilmədikdə). Hesabınızı hər hansı başqa fiziki və ya hüquqi şəxsə ötürə bilməzsiniz. Siz Xidmətlərdən istifadə edən zaman bütün müvafiq qanunlara əməl etməyə və Xidmətlərdən yalnız qanuni məqsədlər üçün istifadə etməyə (məsələn, qanunsuz və ya təhlükəli materialların daşınması üçün deyil) razısınız. Siz Xidmətlərdən istifadə edən zaman hər hansı Üçüncü Tərəf Təminatçısını narahat etməyəcək, ona çətinliklər yaratmayacaq və ya mülkiyyətinin zədələnməsinə səbəb olmayacaqsınız. Müəyyən mərhələlərdə sizdən Xidmətlərə keçid almaq və onlardan istifadə etmək üçün şəxsiyyətinizi təsdiq etmək tələb edilə bilər və siz şəxsiyyətinizi təsdiq etməkdən imtina etdikdə Xidmətlərə keçid almaq və ya onlardan istifadə etmək müraciətiniz qəbul olunmaya bilər.

Mətn Mesajlaşması.

Hesab yaratmaqla siz Xidmətlərdən istifadənizin normal iş fəaliyyətinin bir hissəsi kimi Xidmətlərin sizə mətn mesajları (SMS/email) göndərə biləcəyinə razılıq verirsiniz. Siz həmçinin Uber və onun filiallarından reklamlar da bura daxil mesajlar almaq razılığını verirsiniz. Siz istənilən zaman support@support-uber.com ünvanına e-məktub göndərməklə və mobil nömrənizi (mesajları qəbul edən nömrəniz) və daha bu cür mesajlar almaq istəmədiyinizi qeyd edərək belə mesajları almaqdan imtina edə bilərsiniz. Siz qəbul edirsiniz ki, mətn mesajlarından (SMS/email) imtina etmək Xidmətlərdən istifadənizə təsir edə bilər.

Təşviqat Kodları.

Uber ayrıca hər təşviqat koduna görə təsbit etdiyi hər hansı əlavə şərtə əməl etməklə öz müstəqil qərarı ilə Hesabdakı kredit balansına daxil edilən təşviqat kodları və ya Xidmətlər və/və ya Üçüncü Tərəf Təminatçısının xidmətləri ilə bağlı başqa funksiya və ya imkanlar yarada bilər (“Təşviqat Kodları”). Siz Təşviqat Kodları ilə bağlı aşağıdakılarla razılaşırsınız: (i) onlar müəyyən auditoriya və məqsədlər üçün və qanuni şəkildə istifadə edilməlidir; (ii) Uber tərəfindən xüsusi icazə verilmədikdə onlar təkrarlana, satıla və ya ötürülə bilməz və ya ictimaiyyətə açıqlana (dərc edilmiş halda olub olmamasından asılı olmayaraq) bilməz; (iii) Uber tərəfindən istənilən zaman istənilən səbəbdən qeyri-aktiv edilə bilər və Uber buna görə öhdəlik daşımayacaq; (iv) yalnız Uber-in belə Təşviqat Kodu üçün təsbit etdiyi xüsusi şərtlərə əməl etməklə istifadə oluna bilər; (v) nağd pula dəyişdirilə bilməz; və (vi) siz onları istifadə etmədən əvvəl istifadə müddəti bitə bilər.

İstifadəçi Tərəfindən Təmin Edilmiş Məzmun.

Uber öz müstəqil qərarı ilə vaxtaşırı olaraq sizə Xidmətlər vasitəsilə mətni, səsli və/və ya vizual məzmun və ya məlumatı, eləcə də Xidmətlərlə bağlı şərh və rəylərinizi, dəstək sorğularınız və müsabiqə və təşviqatlar üçün məlumatınızı Uber-ə göndərmək, saytına yükləmək və ya dərc etmək icazəsi verə bilər (“İstifadəçi Məzmunu”). Sizin tərəfinizdən təmin edilən istənilən İstifadəçi Məzmunu sizin mülkiyyətiniz olaraq qalır. Buna baxmayaraq, İstifadəçi Məzmununu Uber-ə təqdim etməklə siz Uber-ə və onun filiallarına əvvəlcədən xəbərdarlıq etmədən və ya sizin razılığınızı almadan və sizə və ya hər hansı başqa fiziki və ya hüquqi şəxsə heç bir ödəniş etmədən bu cür İstifadəçi Məzmununu məlum olan və ya sonradan işlənib-hazırlanmış bütün format və yayım kanallarında (Xidmətlər və Uber-in biznesi ilə bağlı, eləcə də üçüncü tərəf saytları və xidmətlərlə bağlı) istifadə etmək, nüsxələmək, dəyişmək, törəmə məhsullar yaratmaq, yaymaq, açıqlamaq, icra etmək və ya istismara buraxmaq hüququ ilə, bununla yanaşı müəllif və hüquq sahiblərinin adını çəkmədən, ilk dəfə Uber tərəfindən həmin İstifadəçi Məzmununu ictimaiyyətə açıq etmək hüququ ilə, həmçinin bu İstifadəçi Məzmununu əqli fəaliyyətin digər nəticələrinə daxil etmək ya da sənətkar dəyərindən asılı olmayaraq əqli fəaliyyətin digər nəticələri ilə əlaqədar onu istifadə etmək hüququ ilə ümumdünya miqyaslı, həmişəlik, geri alınmayan, pulsuz, başqalarına ötürülə bilən icazə/lisenziya verirsiniz.

Siz burada təsdiq edir və zəmanət verirsiniz ki: (i) siz ya bütün İstifadəçi Məzmununun tək və müstəsna sahibisiniz, ya da Uber-ə yuxarıda qeyd edilən İstifadəçi Məzmununun istifadəsi üçün lisenziya verməklə bağlı bütün hüquq, lisenziya, razılıq və buraxılışlara maliksiniz; və (ii) nə İstifadəçi Məzmununun özü, nə də sizin bu cür İstifadəçi Məzmununu göndərməniz, yükləməniz, dərc etməniz və ya mümkün etməniz, nə də Uber-in və ya onun filialları tərəfindən burada icazə verilən şəkildə İstifadəçi Məzmunundan istifadəsi üçüncü tərəfin mülkiyyət hüquqlarını, məxfilik və ya ictimailik hüquqlarını pozmayacaq və ya müvafiq qanun və ya qaydaların pozulması ilə nəticələnməyəcək.

Siz Uber-in müstəqil qərarı ilə bu cür qəbul edilən hörmətdən salan, şər atan, nifrətoyadıcı, zorakı, nəlayiq, pornoqrafik, qeyri-qanuni və ya təhqiredici İstifadəçi Məzmununu təmin etməyəcəyinizlə razılaşırsınız (bu cür məlumatın təqdim edilməsi qanunla qorunub qorunmamasından asılı olmayaraq). Uber öz müstəqil qərarı ilə istənilən zaman və istənilən səbəbdən, sizi məlumatlandırmadan İstifadəçi Məzmununa baxa, yoxlaya və silə bilər (lakin bunu etmək üçün məcburiyyət öhdəliyini daşımayacaq).

Şəbəkəyə Çıxış və Cihazlar.

Siz Xidmətlərdən istifadə etmək üçün məlumat şəbəkəsinə çıxış əldə etmək üçün məsuliyyət daşıyırsınız. Naqilsiz cihaz vasitəsilə Xidmətlərə çıxdığınızda və onlardan istifadə etdiyinizdə sizin mobil şəbəkə təminatçınız data və mesajlaşma üçün əlavə xərclər tətbiq edə bilər və siz bu cür xərclər üçün məsuliyyət daşımalısınız. Siz Xidmətlər və Tətbiq Proqramlarına çıxış almaq və onlardan istifadə etmək üçün lazım olan müvafiq cihaz və avadanlıqları əldə etmək və onları yeniləmək üçün məsuliyyət daşıyırsınız. Uber Xidmətlərin və ya onların hər hansı hissəsinin bu cür avadanlıq və cihazlarda işləməsinə zəmanət vermir. Bundan əlavə, İnternet və elektron kommunikasiyaların istifadəsi səbəbindən Xidmətlərdə nasazlıq və gecikmələr ola bilər.

4. Ödəniş

Siz dərk edirsiniz ki, Xidmətlərdən istifadə sizin Üçüncü Tərəf Təminatçılarından qəbul etdiyiniz xidmət və ya məhsullar üçün əlavə xərclərə səbəb ola bilər (“Xərclər”). Ödənişin qəbul edilməsi bu məqsədlə cəlb olunan üçüncü tərəflər tərəfindən həyata keçirilə bilər. Qanun tələb edərsə, qəbz istifadəçinin qeydiyyatdan keçdiyi abunə nömrəsinə Tətbiqetmə vasitəsi ilə göndərilir və Tətbiqetmədə istifadəçiyə təqdim olunur. Xərclərin bu yolla ödənilməsi birbaşa sizin Üçüncü Tərəf Təminatçısına ödəniş etməniz kimi qəbul ediləcək. Qanunla tələb edildiyi halda Xərclərə müvafiq vergilər daxil olunacaq.

Bütün Tutulmalar dərhal ödənilir; Ödəniş hesabınızda göstərilən üstün ödəmə üsulu ilə həyata keçiriləcək və müvafiq hesabat elektron poçtla göndəriləcəkdir. Hesabda göstərilən əsas ödəniş metodunuz hər hansı digər səbəbdən müddəti keçmiş, etibarsız və ya istifadəyə yararsız olarsa, Hesabınızda göstərilmiş ikincil ödəmə metodundan istifadə etməyi qəbul edirsiniz.

Müəyyən coğrafi ərazilərdə tətbiq olunan Xərclər Üçüncü Tərəf Təminatçıların xidmət və məhsullarına yüksək tələbat olan dövrlərdə əhəmiyyətli dərəcədə arta bilər. Siz istənilən vaxt Üçüncü Tərəf Təminatçıların xidmət və ya məhsullarına müraciəti/sorğunu bu Üçüncü Tərəf Təminatçının gəlişindən qabaq ləğv edə bilərsiniz, belə halda sizdən sorğunu ləğv etmə haqqı tutula bilər.

Bu ödəniş quruluşu Üçüncü Tərəf Təminatçısına təqdim etdiyi xidmət və ya məhsullar üçün tam ölçüdə ödənişi həyata keçirməkdən ötrü nəzərdə tutulmuşdur. Tətbiqetmə vasitəsilə tələb olunan taksi xidmətlərinə əlavə olaraq, ödənişinizin hər hansı bir hissəsi Üçüncü Tərəf Təchizatçı üçün çaypulu və ya mükafat kimi təyin edilmir. Uber şirkətinin hər hansı bir bəyanatına əsasən (Uber saytında, Tətbiqetmədə və ya Uber təbliğat materiallarında) çaypulu "könüllü", "zəruri olmayan" və / və ya ödənişlərə "daxildir" Üçüncü Tərəf Təchizatçıya, yuxarıda göstərilənlərdən başqa heç bir əlavə vəsait təqdim edilməməsini nəzərdə tutmur. Siz dərk edir və razılaşırsınız ki, hər hansı Üçüncü Tərəf Təminatçısına Xidmətlərdən istifadə edərkən sizə göstərilən xidmət və ya təqdim edilən məhsullara görə əlavə ödəniş etmək seçimində sərbəstsiniz və bunu etmək kimi öhdəliyiniz yoxdur. Xidmətlərdən istifadə edərkən sizə göstərilmiş xidmətdən və ya məhsulları aldıqdan sonra siz Üçüncü Tərəf Təminatçınızı qiymətləndirmək və onun haqqında rəynizi vermək imkanına malik olacaqsınız.

Təmir və ya Təmizlik Xərcləri.

Üçüncü Tərəf Təminatçısının xidmətlərindən istifadə edərkən Üçüncü Tərəf Təminatçısının nəqliyyat vasitəsi və ya mülkiyyətinə ziyan dəyərsə siz həmin nəqliyyat vasitəsinin təmiri və lazımi təmizliyi ilə bağlı xərclərə görə məsuliyyət daşıyırsınız (“Təmir və ya Təmizlik”). Üçüncü Tərəf Təchizatçı sizə Təmir və ya Yuma ehtiyacının olduğu barədə məlumat verdiyini və bu tələbin əsaslandırıldığını bildirdiyinə görə Hesabınızdakı müəyyən edilmiş ödəniş metodunuzdan istifadə edərək, bu Təmir və ya Yuma üçün lazımi xərcləri ödəmək üçün Üçüncü Tərəf Təchizatçının xeyrinə pul vəsaitlərini tutulması baş verir.

Nağdsız ödənişlər zaman xidmətlərin dəyərinə AR Vergi Məcəlləsinə əsasən tutulan ƏDV daxil deyil.

5. İmtinalar; Məsuliyyətin Məhdud edilməsi; Xərclərdən Ödənilməsinə Zəmanət.

İMTİNA.

XİDMƏTLƏR “OLDUĞU KİMİ” VƏ “MÜMKÜN OLDUQDA” TƏMİN EDİLİR. UBER HAZIRKİ ŞƏRTLƏRDƏ AÇIQ ŞƏKİLDƏ QEYD OLUNMAYAN BÜTÜN BİRBAŞA, GÜMAN EDİLƏN VƏ YA QANUNLA NƏZƏRDƏ TUTULAN ƏRZ ETMƏLƏR VƏ ZƏMANƏTLƏRDƏN (BURAYA MƏHSULUN KEYFİYYƏTİ İLƏ BAĞLI, MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLI OLMAQLA BAĞLI, ELƏCƏ DƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI HALININ OLMAMASI İLƏ BAĞLI GÜMAN EDİLƏN ZƏMANƏTLƏR DƏ DAXİLDİR) İMTİNA EDİR. BUNDAN ƏLAVƏ UBER XİDMƏTLƏRDƏN İSTİFADƏ NƏTİCƏSİNDƏ SORĞU VERİLMİŞ XİDMƏTLƏRİN VƏ YA MƏHSULLARIN ETİBARLIĞI, VAXTI-VAXTINDA TƏMİN EDİLMƏSİ, EYFİYYƏTİ, YARARLIĞI VƏ YA ÇATIMLIĞI İLƏ BAĞLI YA DA XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ FASİLƏSİZ VƏ YA XƏTASIZ HƏYATA KEÇİRƏLƏCƏYİ İLƏ BAĞLI BƏYANAT ETMİR, ÜZƏRİNƏ MƏSULİYYƏT GÖTÜRMÜR VƏ ZƏMANƏTLƏR VERMİR. UBER ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARININ KEYFİYYƏTİ, UYĞUNLUĞU, TƏHLÜKƏSİZLİYİ VƏ YA BACARIĞI İLƏ BAĞLI HEÇ BİR ZƏMANƏT VERMİR. SİZ RAZILAŞIRSINIZ Kİ, SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ, ELƏCƏ DƏ ONUN VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN XİDMƏT VƏ YA MƏHSULLARLA BAĞLI YARANAN BÜTÜN RİSKLƏR QÜVVƏDƏ OLAN QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ YALNIZ SİZƏ AİDDİR.

MƏSULİYYƏTİN MƏHDUD EDİLMƏSİ.

UBER XİDMƏTLƏRDƏN İSTİFADƏ İLƏ BAĞLI MƏNFƏƏTİN İTİRİLMƏSİ, MƏLUMATIN İTİRİLMƏSİ, BƏDƏN XƏSARƏTLƏRİ VƏ YA MADDİ ZƏRƏR DAXİL OLMAQLA, DOLAYI, TƏSADÜFİ, GÖZLƏNİLMƏZ, FAKTİKİ, CƏRİMƏ VƏ YA SONRAKI İTKİLƏRƏ MƏSULİYYƏT DAŞIMAMALIDIR (UBER BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). UBER AŞAĞIDAKILAR SƏBƏBİNDƏN YARANAN HƏR HANSI İTKİ, ÖHDƏLİK VƏ YA ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR: (İ) SİZİN XİDMƏTLƏRDƏN İSTİFADƏNİZ VƏ YA XİDMƏTLƏRƏ ARXAYAN OLMAĞINIZDAN İRƏLİ GƏLƏN HƏRƏKƏTLƏRİNİZ, YA DA BU XİTMƏTLƏRƏ KEÇİD ALMAQ VƏ YA İSTİFADƏ ETMƏK İMKANINIZIN OLMAMASI; VƏ YA (İİ) SİZ VƏ HƏR HANSI ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇISI ARASINDA İSTƏNİLƏN ƏMƏLİYYATLAR VƏ YA MÜNASİBƏTLƏR (UBER BU CÜR İTKİLƏR EHTİMALI BARƏDƏ XƏBƏRDARLIQ EDİLMİŞ OLDUQDA BELƏ). UBER ONUN MƏNTİQLİ NƏZARƏTİ ALTINDA OLMAYAN SƏBƏBLƏRDƏN XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİNDƏ HƏR HANSI GECİKMƏ OLDUĞU VƏ YA XİDMƏTİN GÖSTƏRİLMƏSİ MÜMKÜN OLMADIĞI ÜÇÜN MƏSULİYYƏT DAŞIMIR. SİZ BİLİR VƏ RAZILAŞIRSINIZ Kİ, BƏZİ SORĞU BRENDLƏRİ VASİTƏSİLƏ SİFARİŞ EDİLƏN DAŞINMA XİDMƏTLƏRİNİ TƏMİN EDƏN ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARI BİRGƏ SƏYAHƏT VƏ YA QAPIDAN QAPIYA ÇATDIRMA KİMİ DAŞINMA XİDMƏTLƏRİ TƏKLİF EDƏ BİLƏR VƏ BUNUNLA BAĞLI ONLARIN PEŞƏKAR LİSENZİYA VƏ YA İCAZƏSİ OLMAYA BİLƏR. HEÇ BİR HALDA UBER-İN XİDMƏTLƏRLƏ BAĞLI BÜTÜN İTKİ, ZƏRƏR VƏ YA ƏMƏLİYYAT XƏRCLƏRİ ÜÇÜN SİZİN QARŞINIZDA ÜMUMİ ÖHDƏLİYİ 500 (BEŞ YÜZ) AVRO MƏBLƏĞİNİ AŞMAMALIDIR.

UBER-İN XİDMƏTLƏRİ SİZİN TƏRƏFİNİZDƏN ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARI İLƏ DAŞINMA XİDMƏTLƏRİ, MƏHSULLAR VƏ TƏCHİZAT XİDMƏTLƏRİNİN SİFARİŞ EDİLMƏSİ VƏ PLANLAŞDIRILMASI ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏR, LAKİN SİZ RAZILAŞIRSINIZ Kİ, UBER ÜÇÜNCÜ TƏRƏF TƏMİNATÇILARI TƏRƏFİNDƏN SİZƏ GÖSTƏRİLƏN HƏR HANSI DAŞINMA, MƏHSULLAR VƏ YA TƏCHİZAT XİDMƏTLƏRİ ÜÇÜN (BURADAKI ŞƏRTLƏRDƏ XÜSUSİ QEYD EDİLƏNLƏRDƏN BAŞQA) MƏSULİYYƏT DAŞIMIR.

BURADA 5-Cİ BÖLMƏDƏ QEYD EDİLƏN MƏHDUDİYYƏTLƏR VƏ İMTİNA SİZİN MÜVAFİQ QANUNLA İSTİSNA EDİLƏ BİLMƏYƏN İSTEHLAKÇI KİMİ HÜQUQLARINIZI MƏHDUDLAŞDIRMIR.

İtkilərin əvəzi ödənilməzi üzrə zəmanət.

Siz Uber və onun əməkdaşları, direktorları, işçi və agentlərini aşağıda göstərilən səbəblərdən yarana bilən hər hansı iddia, tələb, öhdəlik və xərclərdən (məhkəmə xərcləri də daxil) azad saxlamağa və yaranmış itkilərin əvəzini ödəməyə razılaşırsınız: (i) Xidmətlərdən istifadə edərkən, və ya Xidmətləri istifadə etməklə əldə etdiyiniz xidmət və ya məhsulları istifadə edərkən; (ii) bu Şərtlərdə qeyd olunmuş istənilən qaydanı pozduğunuz halda; (iii) Uber-in sizin İstifadəçi Məzmununuzdan istifadəsi zamanı; və ya (iv) üçüncü tərəf hüquqları, eləcə də Üçüncü Tərəf Təminatçılarının hüquqlarını pozduğunuz halda.

6. İdarəedici Qanun; Arbitraj.

Bu Şərtlərdə məsələyə dair digər qayda qeyd edilmədiyi halda həmin Şərtlər qaydaları qanunla ziddiyyət yaratdığı məqamları çıxmaq şərtilə, müstəsna olaraq Niderland qanunları əsasən tərtib olunub və idarə edilir. 1980 saylı Vyana Beynəlxalq Əmtəə Satışı Konvensiyası (BƏSK) tətbiq edilməməlidir.

7. Digər Müddəalar

Müəllif hüququnun pozulması ilə bağlı iddialar.

Müəllif hüququnun pozulması ilə bağlı iddialar Uber-in müvafiq nümayəndəsinə göndərilməlidir. Müvafiq ünvan və əlavə məlumatla bağlı Uber-in https://www.support-uber.com/ səhifəsinə daxil olun.

Bildiriş.

Uber Xidmətlər barədə ümumi bildirişləri elektron məktub vasitəsilə Hesabınızda qeyd edilən e-poçta və ya yazılı şəkildə poçt ünvanınıza göndərə bilər. Siz Schiphol Boulevard 165, 1118 BG Schiphol, Niderland ünvanı vasitəsilə Uber ilə yazılı əlaqə saxlayaraq bildiriş göndərə bilərsiniz.

Ümumi müddəalar.

Siz bu Şərtləri tam və ya qismən şəkildə Uber-in əvvəlcədən yazılı icazəsi olmadan heç kəsə ötürə bilməzsiniz. Siz Uber-in aşağıdakılar daxil olmaqla bu Şərtləri bütünlükdə və ya qismən üçüncü şəxslərə ötürməsinə razılığınızı verirsiniz: (i) törəmə və ya filialları; (ii) Uber-in səhmlərini, biznes və ya aktivlərini əldə edən alıcı; və ya (iii) birləşmə nəticəsində varis. Baxmayaraq ki, Sizinlə Uber arasındaMüqavilə mövcuddur və ya Xidmətlərdən istifadə etməyiniz nəticəsində Siz, Uber və Üçüncü Tərəf Təminatçıları arasında münasibətlər heç bir birgə müəssisə, ortaqlıq, aqentlik və ya məşğulluq münasibətləri yaratmır.

Hər hansı qanuna əsasən bu Şərtlərin hər hansı təminatları bütünlükdə və ya qismən qeyri-qanuni, etibarsız və ya iddia qüvvəsinə malik olmadığı kimi hesab edilərsə, belə müddəa və ya onun hissəsi mövcud olduğu həcmdə bu Şərtlərə daxil olmayacaq, lakin bu Şərtlərin qalan hissəsinin qanuniliyi, etibarlılığı və icra oluna bilinməsi pozulmaz olaraq qalacaq. Belə halda tərəflər qeyri-qanuni, etibarsız və ya qeyri-icbari şərti (bir hissəsi) qanuni, etibarlı, icbari və mümkün qədər qeyri-qanuni, yanlıq və ya iddia qüvvəsinə malik olmayan müddəanı (hissəni) qanuni, etibarlı və iddia qüvvəsinə malik müddəa ilə (onun hissəsi ilə) əvəz edəcəklər. Bu Şərtlər tərəflər arasında əldə olunmuş razılığın tam dolğunluğunu və onun predmetinə dair tərəflərin razılığa gəldiyini təqdim edir. Bu Şərtlər bütün əvvəlki və ya mövcud müqavilələr və əldə olunmuş razılaşmaları əvəz edir. Bu Şərtlərdə “o cümlədən” və “daxildir” sözləri “daxildir, lakin bunlarla məhdudlaşmır” mənasında istifadə olunur.