“Alisa” səsli köməkçinin istifadə şərtləri

1. Ümumi müddəalar

1.1. Yandex (Yandex xidmətlərinin istifadəçi müqaviləsində göstərildiyi kimi https://yandex.ru/legal/rules/) (bundan sonra — “Yandex”) İnternet şəbəkəsinin (bundan sonra — İstifadəçi) digər Yandex proqramlarının, məhsullarının və / və ya servislərinin (bundan sonra birlikdə — “Yandeks Servisləri”) tərkibinə daxil edilmiş “Alisa” səsli köməkçinin (bundan sonra – səsli köməkçi, Servis) finksiyalarını istifadə etməyi təklif edir.

Hazırkı Şərtlərdə şərh olunan bəzi funksionallıqların istifadə imkanı İstifadəçinin olduğu yerdən asılı olaraq məhdud ola bilər.

İsrail ərazisində servisdən yararlanmaq istəyən İstifadəçilər üçün aşağıda qeyd olunan ünvanda hazırkı Şərtlərin tərcüməsi mövcuddur: https://yandex.com/legal/alice_termsofuse/?lang=he.

1.2. Servisi istifadə etməklə İstifadəçi razılaşmış olur ki, aşağıda sadalanmış sənədlər hazırkı Şərtlərin ayrılmaz tərkib hissəsidir və bu sənədlərin müddəaları Servisin istifadəsini tam şəkildə tənzimləyir:

Yandex Servisinin tərkibinə səsli köməkçinin daxil olduğu əsas funksionalının istifadəsi, eləcə də, işə salınması İstifadəçi tərəfindən səsli köməkçi vasitəsilə sorğu olunan Yandex Servisinin istifadəsi əlavə olaraq müvafiq Yandeks Servisinin istifadə Şərtləri ilə tənzimlənir ki, bu Şərtlər https://yandex.ru/legalsəhifəsində dərc olunmuşdur.

1.3. Servisi / onun ayrı – ayrı funksiyalarını istifadə etməyə başlayarkən, İstifadəçi bu Şərtlərlə, eləcə də, yuxarıda qeyd olunan bütün sənədlərin şərtləri ilə tam həcmdə, hər hansı istisna olmadan razılaşmış hesab olunur. İstifadəçinin qeyd olunan sənədlərin hər hansı müddəaları ilə razı olmadığı halda İstifadəçi Servisi istifadə etmək hüququna malik olmur.

1.4. Hazırkı Şərtlər Yandeks tərəfindən hər hansı xüsusi məlumat vermədən dəyişdirilə bilər. Əgər yeni redaksiyada digər hal nəzərdə tutulmuş olmazsa, Şərtlərin yeni redaksiyası İnternet şəbəkəsində bu abzasda qeyd olunan ünvanda yerləşdirildiyi andan etibarən qüvvəyə minmiş olur. Şərtlərin qüvvədə olan redaksiyası hər zaman aşağıda qeyd olunan ünvanın səhifəsində mövcud olur: https://yandex.ru/legal/alice_termsofuse/?lang=az.

1.5. Yandeks tərəfindən bu Şərtlərin 1.4 bəndində nəzərdə tutulmuş qaydada hazırkı Şərtlərə hər hansı dəyişikliyin edildiyi, lakin, İstifadəçinin bu dəyişikliklərlə razı olmadığı halda, o, Servisin istifadəsini dayandırmalıdır.

2. Servisin istifadəsi. Servisin ayrı – ayrı funksiyaları

2.1. Servis İstifadəçiyə müəyyən funksional imkanları dəstəkləyən digər Yandeks Servislərinin tərkibində səsli köməkçi funksiyalarını istifadə etmək imkanını verir. Səsli köməkçinin istifadə mexanizmi, onun aktivləşdirilməsi qaydası və istifadə təlimatları ilə İstifadəçi aşağıda qeyd olunan ünvanda tanış ola bilər: https://yandex.ru/support/browser/alice/voice.html.

Servisin funksiyalarının həyata keçirilməsi yalnız İnternet şəbəkəsinə qoşulmuş olduğunuz halda mümkündür. İstifadəçi bu cür qoşulmanı müəyyən Operatorun və ya Provayderin İnternet şəbəkəsindən istifadə şərtləri və tarifləri əsasında müstəqil şəkildə əldə edir və qiymətini ödəyir.

2.2. Servis İstifadəçiyə səsli sorğu vasitəsilə zəruri axtarışların həyata keçirilməsi, Yandeks Servislərindən müəyyən sorğulara dair qısa məlumatın (sürətli cavabın) və informasiyanın əldə edilməsi imkanlarını verir. Səsli köməkçinin cavabları Yandeks axtarış sistemi tərəfindən ümumi istifadədə olan informasiyanın avtomatik indeksasiyası yolu ilə formalaşır. Yandeks axtarış sisteminin istifadə şərtləri İnternet şəbəkəsində aşağıda qeyd olunan ünvanda yerləşir: https://yandex.ru/legal/termsofuse/?lang=az.

İstifadəçinin Servis vasitəsilə həyata keçirdiyi ayrı – ayrı səsli sorğuları digər Yandeks Servislərinin açılma funksiyasını aktivləşdirə bilər. Yandeks Servislərinin istifadəsi zaman İstifadəçi müvafiq Yandeks Servisinin istifadə şərtlərini qəbul etmiş olur ki, bu şərtlər aşağıda qeyd olunan səhifədə yerləşir: https://yandex.ru/legal.

2.3. Servisin istifadəsi zaman İstifadəçi “Gəl söhbət edək” sorğu – ifadəni daxil etməklə və ya səsləndirməklə səsli köməkçi ilə dialoq rejimini aktivləşdirə bilər. Səsli köməkçinin dialoq rejimində cavabları, eləcə də, axtarış sorğusunun həyata eçirilməsi ilə əlaqədar olmayan cavabları avtomatik olaraq, İstifadəçinin ifadələri əsasında və açılan məlumatlar əsasında alqoritm öyrətmə funksiyasının istifadəsi yolu ilə formalaşır. Yandeks səsli köməkçinin İstifadəçi ilə ünsiyyət prosesində əldə etdiyi reaksiyalarına görə məsuliyyət daşımır.

Yandeks İstifadəçinin bu funksiya vasitəsilə əldə etdiyi informasiyanın dəqiqliyinə və düzgünlüyünə görə məsuliyyət daşımır. Heç bir halda səsli köməkçinin cavabları qərarların qəbul edilməsi və ya hər hansı hərəkətlərin həyata keçirilməsi zaman təlimat və ya tövsiyə kimi dəyərləndirilə bilməz.

2.4. Servis İstifadəçiyə üçüncü şəxslərin (botların, çatların) proqram məhsullarının sorğu edilməsi və / və ya üçüncü şəxslərin (bundan sonra – Partnyorlar) təşkilatları ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi üçün səsli köməkçinin xüsusi bacarıqlarının aktivləşdirilməsi imkanını verir. Sözü gedən bacarıqların tam siyahısı aşağıda göstərilən saytda dərc olunmuşdur: https://dialogs.yandex.ru/store.

İstifadəçinin Partnyorlarla və / və ya onların proqram məhsulları ilə qarşılıqlı əlaqəsi İstifadəçi tərəfindən müstəqil şəkildə (Yandeks iştirakı olmadan) həyata keçirilir. Yandeks İstifadəçi ilə Partnyor arasında yaradılan hüquqi münasibətlərin iştirakçısı qismində çıxış etmir və aşağıda qeyd olunanlara görə məsuliyyət daşımır:

  • İstifadəçi ilə Partnyorlar arasında həyata keçirilən maliyyə əməliyyatları və digər əməliyyatlara görə, eləcə də, İstifadəçi tərəfindən Partnyorların məhsularının, işlərinin, xidmətlərinin əldə olunmasının hər hansı nəticələrinə görə;
  • İstənilən bacarığın işarəsi və şərhinə görə. Yandeks hər hansı bacarığın qanuna uyğun olmasını, düzgünlüyünü və həqiqiliyini təsdiq və təkzib etmir;
  • Partnyorlar tərəfindən təqdim olunan informasiyanın məzmununa, aktuallığına, qanuniliyinə görə, o cümlədən, Partnyorlar tərəfindən təklif olunan məhsullar, işlər, xidmətlər haqqında, onların faktiki mövcud olması, qiyməti haqqında və sair informasiyanın düzgünlüyünə görə;
  • İstifadəçi tərəfindən Partnyorların proqram məhsullarından və / və ya məhsullarından, işlərindən, xidmətlərindən yararlanmaq üçün müraciət etdiyi zaman təqdim olunan şəxsi məlumatların işlənilməsinə görə.

Partnyorlar tərəfindən yerləşdirilmiş informasiya ilə qanunvericiliyin, üçüncü şəxslərin hüquq və maraqlarının pozulmasına və / və ya Partnyorun fəaliyyətinin qanunsuz formada fəaliyyət göstərməsinə əsaslı şübhələrin mövcud olduğu təqdirdə İstifadəçi Yandeks Servisinin funksionalı vasitəsilə şikayət ünvanlaya bilər və ya qeyd olunan ünvana əks əlaqə forması vasitəsilə müraciət edə bilər: https://yandex.ru/support/alice/feedback.html. Hazırkı Şərtlərin, Şərtlərin 1.2 bəndində qeyd olunan sənədlərin müddəalarının və Partnyorlara qarşı Xüsusi tələblərin pozulma faktlarının aşkar olunduğu halda, şikayətin araşdırılması nəticələrinə görə Yandeks tərəfindən pozuntuların aradan qaldırılmasına yönəlmiş tədbirlər və / və ya pozuntuya yol vermiş şəxsə qarşı təsir tədbirləri, o cümlədən, Servisə müdaxilə imkanının məhdudlaşdırılması tədbiri həyata keçirilə bilər.

Keyfiyyətə nəzzarətin həyata keçirilməsi məqsədi ilə, eləcə də, qanunvericiliyin tələblərinə riayət çərçivəsində Yandeks İstifadəçilərlə Partnyorlar arasında qarşılıqlı əlaqənin tarixlərinin yaddaşda saxlanılmasını təmin edir. Yandeks https://yandex.com/legal/confidential/az ünvanında yerləşdirilmiş Məxfilik siyasətinə uyğun olaraq sözü gedən informasiyanın işlənilməsini həyata keçirir.

2.4.1. Partnyorun xüsusi bacarığı elə funksionallığı nəzərdə tuta bilər ki, bu funksionallıq İstifadəçi üçün İstifadəçi tərəfindən Partnyorun informasiya ehtiyatında yaradılmış akkauntu adından bacarığın funksionallığının istifadə hüquqları İstifadəçi tərəfindən təqdim olunandan sonra istifadə imkanını nəzərdə tuta bilər. Bunun üçün İstifadəçi Partnyorun informasiya ehtiyatında yaratdığı akkaunt vasitəsilə və ya Partnyor tərəfindən müəyyən edilmiş digər avtorizasiya vasitələri ilə bacarığın interfeysində qeydiyyatdan keçməlidir.

Yandeks Servisinin uçot qeydindən istifadə etməklə Yandeks Servisində qeydiyyatdan keçmiş İstifadəçinin təkrar avtorizasiya prosedurundan keçməyi tələb olunmur. Belə olan halda İstifadəçinin müvafiq uçot qeydi üçün Yandeks servislərində OAuth 2.0 protokolu vasitəsilə Partnyorun informasiya ehtiyatlarında İstifadəçinin akkauntu ilə birləşmə yaradılır. İstifadəçi Servisin interfeysində mövcud olan müvafiq funksiyadan istifadə etməklə bacarıqdan çıxaraq, akkauntların birləşməsini ləğv edə bilər.

Yandeks İstifadəçinin Partnyorun informasiya ehtiyatında avtorizasiya edilmiş (qeydiyyatdan keçmiş) məlumatları barədə informasiyanı əldə etmir və saxlamır. İstifadəçi tərəfindən Partnyorun informasiya ehtiyatlarında uçot qeydinin əldə edilməsi, onun istifadə olunması, bərpası, ləğv edilməsi, məxfiliyinin qorunması şərtləri Partnyor tərəfindən müəyyən olunur.

İstifadəçi məlumatlandırılmışdır və razıdır ki, Yandeks qanunvericiliyin tələblərinə riayət çərçivəsində Yandeks İstifadəçilərlə Partnyorlar arasında qarşılıqlı əlaqənin tarixlərinin yaddaşda saxlanılmasını təmin edir və bunu https://yandex.com/legal/confidential/az ünvanında yerləşdirilmiş Məxfilik siyasətinə uyğun olaraq həyata keçirir.

2.5. İstifadəçiyə onun istifadə etdiyi və proqram təminatının tərkibinə səsli köməkçi funksiyaları daxil edilmiş qurğu ilə əməliyyatların və hərəkətlərin həyata keçirilməsinə yönəlmiş sorğular etmək (komandalar vermək) imkanı verilə bilər, həmçinin, idarə olunması səsli köməkçi (qurğunun işə salınması, söndürülməsi, proqramların açılması və sair) funksiyasını dəstəkləyən qurğuların və tətbiqlərin istifadəsi vasitəsilə mümkün olan əməliyyatların və hərəkətlərin həyata keçirilməsinə yönəlmiş sorğular etmək imkanı verilə bilər.

Servisə qoşulan qurğuların işə salınması və sazlanması səsli köməkçinin xüsusi bacarıqlarının aktivləşdirilməsi vasitəsilə həyata keçirilir ki, onlar aşağıda qeyd olunan ünvanda dərc edilmiş şərtlər əsasında yaradılmışdır və tənzimlənir: https://yandex.ru/legal/dialogues_termsofuse. Qurğunun qoşulması və səsli köməkçinin komandalarının istifadəsi ilə işə salınması üçün qurğunun istehsalçısı tərəfindən əlavə qeydiyyat və / və ya istehsalçının ehtiyatlarında avtorizasiya nəzərdə tutula bilər.

Servisi istifadə edərək, İstifadəçi səsli komandaların istifadə qaydalarını və onların mənalarını müəyyən edə bilər, o cümlədən, qurğunun adını, onun yerləşmə yerini və sair müəyyən edə bilər.

Yandeks komandaların dəqiq, vaxtında və düzgün şəkildə yerinə yetiriləcəyinə zəmanət vermir, eləcə də, İstifadəçinin əmlakının, qurğusunun vəziyyətinə, İstifadəçi tərəfindən verilmiş komandaların yerinə yetirilməsi prosesində baş verən texniki nasazlıqlara görə məsuliyyət daşımır.

Yandeks kənar istehsalçıların Servisin funksiyaları vasitəsilə idarə olunan qurğuların istehsalı, əldə edilməsi, istifadə edilməsi, fəaliyyət qabiliyyətinin təmin olunması ilə əlaqədar münasibətlərin iştirakçısı qismində çıxış etmir. Yandeks kənar istehsalçıların qurğularının təhlükəsizliyinə və fəaliyyət qabiliyyətinə, o cümlədən, onların Servis ilə uyğun olmasına zəmanət vermir. İstifadəçinin təhlükəsizliyinin və onun əmlakının qorunmasının təmin olunması məqsədi ilə Servisdə müvafiq səsli komandanın aktivləşdirilməsindən sonra verilən komandaların düzgün şəkildə yerinə yetirilməsini və qurğuların düzgün işləməsini yoxlamağınızı tövsiyyə edirik.

Qurğunun Servis funksiyası vasitəsilə qoşulması və istifadə edilməsi zaman Yandeks aşağıda qeyd olunan informasiyanı toplaya bilər: Servisə qoşulan qurğuların identifikatorları (eyniləşdiriciləri), növləri, adları, modelləri, versiyaları, İstifadəçinin verilən sazlamaları (qurğunun İstifadəçi tərəfindən müəyyən edilmiş adı və lokasiyası), qurğuların vəziyyəti, onların Servisdə istifadə statistikası. Əldə edilmiş məlumatlar Məxfilik siyasətinin şərtlərinə əsasən müstəsna olaraq Servis funksiyasının işinin təmin edilməsi məqsədi ilə işlənilir (https://yandex.com/legal/confidential/az)

2.6. Servisin istifadəsi zaman İstifadəçi Yandeks.Yeda servisi çərçivəsində mobil qurğular üçün “Yandeks. Lavka” proqramı vasitəsilə https://yandex.ru/legal/lavka_mobile_agreement verilmiş sifarişin statusunu izləmək funksiyasından yararlana bilər. Servis aşağıda qeyd olunan ünvanda yerləşdirilmiş sənəddə şərh olunan şərtlər əsasında fəaliyyət göstərir: https://yandex.ru/legal/termsofuse_eda. İnformasiya xidməti “Yandeks.Yeda” MMC tərəfindən göstərilir (ƏDQN: 1187746035730; yerləşdiyi yer: 115035, Rusiya, Moskva ş., Sadovniçeskaya küçəsi, ev 82, tikili 2, otaq 3В14). Yandeks.Yeda Servisini / onun ayrı – ayrı funksiyalarını istifadə etməyə başlayan İstifadəçi aşağıda qeyd olunan ünvanda yerləşən sənəddə şərh edilmiş şərtləri qəbul etmiş hesab olunur: https://yandex.ru/legal/termsofuse_eda.

İstifadəçi səsli köməkçi ilə dialoq zamanı aktivləşdirici ifadəni səsləndirməklə sifarişi izləmək funksiyasından yararlana bilər. Sifarişin bilavasitə həyata keçirilməsi və / və ya idarə olunması müstəsna olaraq mobil qurğular üçün “Yandeks.Lavka” proqramı çərçivəsində mümkündür.

Mobil qurğular üçün “Yandeks.Lavka” proqramı vasitəsilə sifarişin həyata keçirlməsi ilə bağlı yaranan suallar Yandeks.Yeda servisinin dəstək xidmətinə yönəldilə bilər.

Bu funksiyanı istifadə edərək İstifadəçi özü tərəfindən təqdim edilmiş məlumatların, əvvəlcədən Yandeks Servislərinin, “Yandeks. Yeda” MMC və “Yandeks. Lavka” MMC – nin uçot qeydində əks etdirilmiş məlumatların (telefon nömrəsi, İstifadəçinin İD, uçot qeydində göstərilmiş İstifadəçi adı) işlənilməsinə razılıq vermiş olur. İstifadəçi anlayır və razılıq verir ki, funksiyanın həyata keçirilməsi çərçivəsində Servis Mobil qurğular üçün “Yandeks.Lavka” proqramı vasitəsilə həyata keçirilmiş aktiv sifarişlərin sayı, sifarişlərin tərkibi və sifariş edilmiş məhsulların qiyməti, çatdırılma ünvanı, sifarişin statusu, tətbiq olunan ödəniş valyutası, sifarişin təxmini çatdırılma vaxtı və koordinatları, çatdırılma növü haqqında məlumatları əldə etmiş olur.

3. Əqli mülkiyyət

3.1. Servisdə əqli mülkiyyət obyektləri qismində çıxış edən şəkillər (o cümlədən, o cümlədən, Servisin xüsusi funksiyaları vasitəsilə toplanmış), audio-, videomateriallar (bundan sonra – Kontent), mövcuddur. Servisin ümumilikdə dizaynını və onun ayrı – ayrı elementlərini təşkil edən bütün obyektlər üzərində, Servisin proqram təminatı üzərində, şəkillərin yaradılması üçün neyroşəbəkə alqoritmi üzərində hüquqlar Yandeksə məxsusdur. Servisə daxil edilmiş Kantent üzərində (mətn, vizual, audio / video kontent və sair) hüquqlar onun qanuni hüquq sahiblərinə məxsusdur. Yandeksin və / və ya Kontentin hüquq sahiblərinin, yaxud üçüncü şəxslərin müstəsna hüquqlarının pozulmasına görə İstifadəçi tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun şəkildə məsuliyyət daşıyır.

Servisin tərkibinə daxil edilmiş əqli mülkiyyət obyektlərinin istifadəsinə yalnız müstəsna olaraq İstifadəçinin şəxsi, qeyri kommersiya ehtiyacları üçün yol verilir. Yandeks hər hansı dövr ərzində müəyyən əqli mülkiyyət hüquqlarına müdaxilə imkanına, eləcə də, bu kimi obyektlərin İstifadəçinin ərazisində əlverişli olacağına zəmanət vermir.

3.2. Servisi istifadə etməyə başlamaqla İstifadəçi zəmanət verir ki, Kontentin icazəsiz istifadəsindən texniki müdafiə vasitələrindən yayınmağa yönəlmiş hər hansı hərəkətləri həyata keçirmir və gələcəkdə həyata keçirməyəcək. İstənilən kopyalama, təkrarlama, yenidən işlənmə, yayımlama, ümumi istifadəyə vermə və ya Kontentin texniki müdafiə vasitələrindən yayınmaqla, Servis tərəfindən təqdim olunan imkanlardan kənar formada hər hansı şəkildə istifadəsi, eləcə də, Yandeksin əvvəlcədən verdiyi icazəsi olmadan Kontentin kommersiya məqsədləri üçün istifadəsi qadağandır.

3.3. Yandeks hazırkı Şərtlərin 2.4 bəndində müəyyən edilmiş şərtlərlə Servis İstifadəçiləri üçün əlverişli olan proqram məhsullarının istifadəsi zaman Servis Partnyorları tərəfindən üçüncü şəxslərin müstəsna hüquqlarının pozulmasına görə məsuliyyət daşımır. Yol verilmiş pozuntuların aşkar olunduğu halda İstifadəçi bu faktlar barəsində Yandeks Servisinin funksionalı vasitəsilə və ya aşağıda qeyd olunan əks əlaqə vasitəsilə məlumat vermək hüququna malikdir: https://tech.yandex.ru/dialogs/alice/doc/feedback-docpage.

4. Məhdudiyyətlər

4.1. Servis “olduğu kimi” (as is) şərtləri əsasında təqdim olunur. Yandeks Servisin və ya onun ayrı – ayrı funksiyalarının fasiləsiz və ya səhfsiz işləməsinə görə. Eləcə də, Servisin İstifadəşinin konkret məqsədlərinə və gözləntilərinə cavab verməsinə görə hər hansı zəmanətlər təqdim etmir.

Servis müstəsna olaraq İstifadəçi tərəfindən ev şəraitində, məhdud insan dairəsində əyləncə məqsədləri üçün nəzərdə tutulur və istər İstifadəçiyə, istərsə də üçüncü şəxslərə hər hansı zərər / ziyan vurmaq kimi məqsədlər daşımır.

4.2. Servisin yetkinlik yaşına çatmayan şəxs tərəfindən istifadəsinə onun qanuni nümayəndəsinin razılığı əsasında və onun nəzarəti altında, qanuni nümayəndənin hazırkı Şərtlərin tələbləri ilə tanış olmasından və şəxsi adından bu tələbləri qəbul etməsindən sonra icazə verilir. Yandeks Servisdə yetkinlik yaşına çatmayan şəxsin yaş kateqoriyasına uyğun olmayan informasiyanın olmayacağına zəmanət vermir.

4.3. Servisi istifadə etməklə İstifadəçi onun şəxsi məlumatlarının işlənilməsinə, o cümlədən, bu məlumatların Rusiya Federasiyasının ərazisinə transsərhəd ötürülməsinə razılıq verir ki, bu da aşağıda qeyd olunan ünvanda yerləşən Məxfilik siyasətinə uyğun şəkildə həyata keçirilir: https://yandex.com/legal/confidential/az.

İstifadəçi bununla məlumatlandırılır və razılaşır ki, Servisin istifadəsi zaman Yandeksə avtomatik rejimdə aşağıda qeyd olunan informasiya ötürülmüş olur: İstifadəçinin qurğusunun əməliyyat sisteminin növü (aktivləşdirilmiş bacarıqlar, müraciət edilmiş komandalar haqqında informasiya), səs yazıları, İstifadəçi tərəfindən verilən axtarış sorğuları, eləcə də, digər texniki məlumat.

Səs yazılarına İstifadəçilərin səsli köməkçinin aktivləşdirilməsi zaman ona ünvanlanmış ifadələri daxildir. Bu yazılar sorğu edilən komandanın tanınması və sonradan tələb olunan səsli köməkçi funksiyasının yerinə yetirilməsi üçün Yandex (Yandex xidmətlərinin istifadəçi müqaviləsində göstərildiyi kimi https://yandex.ru/legal/rules/) serverlərinə ötürülür.

Alınmış səsli yazılar Yandeks əməkdaşlarına və onun tərəfindən müqavilə əsasında cəlb olunan şəxslərə təhlil, Servisin və onun ayrı – ayrı funksiyalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə ötürülə bilər (məktubun səs yazma ssenarisi və yazıların təqvimə əlavə edilməsi istisnadır, bu zaman alınmış yazıların ötürülməsi və istifadə edilməsi nəzərdə tutulmur). İstifadəçi uçot qeydinin şəxsi kabinetində səs yazılarının istifadə meyarlarını müəyyən edə bilər.

4.4. Servis və ona daxil edilmiş Kontent müstəsna olaraq Servis tərəfindən təqdim olunan texniki imkanlar çərçivəsində şəxsi qeyri kommersiya məqsədləri ilə istifadə üçün nəzərdə tutulur. Servisin, onun ayrı – ayrı hissələrinin və komponentlərinin, Servis Kontentinin hər hansı formada kopyalanması, təkrarlanması, yayılması, ümumi istifadəyə verilməsi və digər formada icazəsiz istifadəsi, səsli köməkçinin Yandeks ilə əvvəlcədən razılıq əldə etmədən üçüncü şəxslərin məhsullarının reklamı və satışı məqsədləri üçün istifadəsi, eləcə də, kommersiya məqsədləri üçün hər hansı digər formada istifadə edilməsi qətiyyətlə qadağandır.

4.5. Yandeks tərəfindən Servisin təqdim olunması ilə əlaqədar İstifadəçi və Yandeks arasındamünasibətlərə Rusiya Federasiyasının qanunvericiliyi tətbiq olunur. Sualların, ərizələrin və ya iradların yarandığı halda İstifadəçi bu barədə Yandeks Servisinin funksionalı vasitəsilə məlumat verə bilər və ya əks əlaqə forması vasitəsilə mesaj göndərə bilər: https://yandex.ru/support/alice/feedback.html. Yandeks ilə İstifadəçi arasında razılığın əldə olunmadığı halda məsələ Yandeksin yerləşdiyi ərazi üzrə məhkəmə yolu ilə həll oluna bilər.

Çap tarixi: 07.10.2022