Yandeks axtarış sisteminin istifadəsi üzrə Lisenziya
1. Ümumi müddəalar
1.1. “Yandeks” MMC (bundan sonra — «Yandeks») İnternet şəbəkəsinin İstifadəçisinə (bundan sonra – İstifadəçi) İnternet şəbəkəsində yerləşdirilmiş onu maraqlandıran informasiyanın axtarışı üçün Yandeks axtarış maşınını istifadə etməyi təklif edir. Servis (bundan sonraa – Servis) aşağıda qeyd olunan ünvanda yerləşir: https://www.ya.ru.
1.2. Bu Şərtlər Yandeks Servislərinin İstifadəçi razılaşmasına Servisin istifadə qaydalarına dair əlavə qismində çıxış edir. Hazırkı Şərtlərdə nəzərdə tutulmayan bütün hallarda Yandeks ilə İstifadəçi arasında Servisin istifadəsinə aid bütün münasibətlər Yandeks Servislərinin İstifadəçi razılaşması ilə (https://yandex.ru/legal/rules), eləcə də, Məxfilik siyasəti ilə (https://yandex.com/legal/confidential_az) tənzimlənir.
1.3. Servisi / onun ayrı – ayrı funksiyalarını istifadə etməyə başlayarkən, İstifadəçi bu Şərtlərlə, eləcə də, yuxarıda qeyd olunan bütün sənədlərin şərtləri ilə tam həcmdə, hər hansı istisna olmadan razılaşmış hesab olunur. İstifadəçinin qeyd olunan sənədlərin hər hansı müddəaları ilə razı olmadığı halda İstifadəçi Servisi istifadə etmək hüququna malik olmur.
1.4. Hazırkı Şərtlər Yandeks tərəfindən hər hansı xüsusi məlumat vermədən dəyişdirilə bilər. Əgər yeni redaksiyada digər hal nəzərdə tutulmuş olmazsa, Şərtlərin yeni redaksiyası İnternet şəbəkəsində bu abzasda qeyd olunan ünvanda yerləşdirildiyi andan etibarən qüvvəyə minmiş olur. Şərtlərin qüvvədə olan redaksiyası hər zaman aşağıda qeyd olunan ünvanın səhifəsində mövcud olur: https://yandex.ru/legal/termsofuse/?lang=az.
1.5. Yandeks tərəfindən bu Şərtlərin 1.4 bəndində nəzərdə tutulmuş qaydada hazırkı Şərtlərə hər hansı dəyişikliyin edildiyi, lakin, İstifadəçinin bu dəyişikliklərlə razı olmadığı halda, o, Servisin istifadəsini dayandırmalıdır.
1.6. Servisin hal hazırda mövcud olan bütün funksiyaları, eləcə də, bu funksiyaların istənilən formada inkişaf etdirilməsi və / və ya yeni funksiyaların əlavə edilməsi hazırkı Şərtlərin predmeti qismində çıxış edir.
2. Servisin istifadəsi. Servisin ayrı – ayrı funksiyaları
2.1. Servis istifadəçiyə təmənnasız əsaslarla təqdim olunur və bu Lisenziyada, Lisenziyanın 1.2 bəndində qeyd olunan sənədlərdə və ya Yandeksin ayrı – ayrı servislərinin istifadə Şərtlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, müstəsna olaraq şəxsi, qeyri kommersiya məqsədləri üçün istifadəsi nəzərdə tutulur. Servisi digər üsullarla və digər məqsədlər üçün istifadə etmək üçün İstifadəçi əvvəlcədən Yandeksin yazılı formada verilmiş razılığını almış olmalıdır. Əlavə informasiya İstifadəçiyə aşağıda qeyd olunan ünvana müraciət etdiyi zaman təqdim oluna bilər: support@xml.yandex.ru.
2.2. İnternet şəbəkəsində axtarış və / və ya naviqasiya xidmətlərinin göstərilməsi üçün Servisin kommersiya məqsədlərində istifadə ediləcəyi halda İstifadəçi bu barədə özünün müştərisini məlumatlandırmalı və ona Yandeks Servisinin linkini (www.ya.ru) təqdim etməlidir. İstifadəçi özünün şəxsi və korporativ saytında axtarış sorğularının Yandeksə ötürülməsi üçün axtarış formasını yerləşdirmək hüququna malikdir. Bu zaman mütləq şəkildə Yandeks.Sayt üçün axtarış servisinin istifadə şərtlərinə riayət olunmalıdır (https://yandex.ru/legal/site_termsofuse).
2.3. İstifadəçi yalnız Yandeks.XML (https://yandex.ru/legal/xml) servisinin istifadə Şərtlərində şərh olunan tələblərə riayət etməklə Servisə avtomatik sorğular yerləşdirmək hüququna malik olur.
2.4. Yandeks hazırkı Lisenziyanın şərtlərini pozan istənilən İstifadəçilərin, veb – saytların və proqramların sorğularını yerinə yetirməmək hüququna malikdir.
2.5. Potensial təhlükəli veb – saytlar haqqında xəbərdarlıq funksiyasının istifadə Şərtləri.
2.5.1. İstifadəçi üçün potensial təhlükələri olan səhifələrə, məsələn, viruslu kodu olan səhifələrə (bundan sonra – Potensial təhlükəli saytlar) malik veb – saytlar haqqında İstifadəçini xəbərdar etmə funksiyası (bundan sonra – Funksiya) Yandeks tərəfindən “olduğu kimi” şərtləri əsasında təqdim olunur. Potensial təhlükəli saytlar həmçinin, axtarışa verilən saytların çeşidlənməsi zaman azaldıla və ya Servisin bazasından çıxarıla bilər. Bu və ya digər saytın potensial təhlükəsi barədə, eləcə də, bu təhlükənin ehtimal olunan səviyyəsi və xarakteri barədə informasiya (bundan sonra – İnformasiya) Yandeks partnyorları tərəfindən təqdim olunur və ya Yandeks tərəfindən şəxsi metodları vasitəsilə müəyyən olunur. Yandeks veb – saytın potensial sayt kimi dəyərləndirilməsinin əsaslarına dair hər hansı izahı vermir. Yandeks funksiyanın İstifadəçinin məqsədlərinə və gözləntilərinə uyğunluğuna, funksiyanın fasiləsiz və səhfsiz işləyəcəyinə, o cümlədən, İnformasiyanın dəqiqliyinə zəmanət vermir (xüsusən də, potensial təhlükəli saytlar kimi qeydə alınmayan veb – saytların həqiqətən də hər hansı viruslu koda malik olub, olmadığına zəmanət vermir). İstifadəçi riskləri müstəqil şəkildə dəyərləndirməli və özünün İnformasiyanın istifadəsi ilə bağlı hərəkətlərinə görə müstəqil şəkildə məsuliyyət daşımalıdır. Yandeks Funksiyanın istifadəsi və ya istifadəsinin mümkün olmaması, eləcə də, İnformasiyanın istifadəsi və ya istifadəsinin mümkün olmaması nəticəsində saytın sahibinə, İstifadəçiyə və ya üçüncü şəxslərə vurulan bilavasitə və ya dolayı zərərə görə məsuliyyət daşımır və onun əvəzini ödəmir, o cümlədən, İnformasiyanın qeyri dəqiq olması ilə bağlı dəymiş zərərin əvəzini ödəmir.
2.5.2. Funksiyanın işləməsi ilə bağlı bütün qeydlər və / və ya iradlar aşağıda qeyd olunan əks əlaqə forması vasitəsilə bildirilməlidir: https://yandex.ru/support/search/troubleshooting/feedback.html.
2.5.3. Yandeks şəxsi mülahizəsinə uyğun olaraq, heç bir məlumat vermədən və səbəbləri izah etmədən İnformasiyanın təqdim olunmasını dayandırmaq və ya ləğv etmək hüququna malikdir.
2.6. Axtarış səhifəsində əks olunan bəzi sayt linkləri sayt və / və ya onun xüsusiyyətləri haqqında əlavə məlumatı əks etdirən xüsusi işarələrə malik ola bilər. Xüsusi işarələr istifadəçi aktivliyi haqqında məlumatların avtomatik işlənməsi əsasında sayta avtomatik şəkildə əlavə oluna bilər və ya bu cür informasiyanın mənbəyi barədə məlumatı əks etdirə bilər. Xüsusi işarələr “olduğu kimi” şərtləri əsasında yerləşdirilir və İstifadəçilərə təqdim olunur. Yandeks xüsusi işarənin düzgün yerləşdirilməsinə və sayt haqqında əlavə informasiyanın etibarlılığına görə, eləcə də, İstifadəçilər tərəfindən bu cür işarələr əsasında qəbul edilən icazələrə görə məsuliyyət daşımır. Xüsusi işarələrin mənaları haqqında ətraflı informasiya aşağıda qeyd olunan ünvanda dərc olunmuşdur: https://yandex.ru/support/webmaster/search-results/tags.html.
2.7. Servis İstifadəçilərə üçüncü şəxslər tərəfindən göstərilən xidmətlər və / və ya İstifadəçinin Servis vasitəsi ilə məlumat əldə etdiyi mütəxəssislər haqqında qiymətləndirmələri və rəyləri dərc etmək imkanını verir.
Rəyin və / və ya qiymətləndirmənin yerləşdirilməsinə axtarış səhifəsinin interfeysində mövcud olan xüsusi formanın istifadəsi yolu ilə mümkündür ki, burada üçüncü şəxslər tərəfindən göstərilən xidmətlərə / mütəxəssislərin fəaliyyətinə aid olan xüsusi bloklar və / və ya axtarış nəticələri əks olunur. Həmçinin, bu kimi qeydlər İstifadəçinin Yandeks servislərində uçot qeydinin rəylər və qiymətləndirmələr səhifəsində (https://reviews.yandex.ru) xüsusi forma vasitəsilə, eləcə də, İstifadəçini https://reviews.yandex.ru səhifəsinə yönəldən push – bildirişlər formasında aparıla bilər.
Rəy və / və ya qiymətləndirmə İstifadəçinin yararlandığı xidmətlərə / mütəxəssisin fəaliyyətinə dair subyektiv qiymətini əks etdirməlidir və bu qiymət bu cür xidmətlərə və / və ya mütəxəssislərə şəxsən həyata keçirilmiş real müraciətə əsaslanmalı və aşağıda qeyd olunan ünvanda dərc olunmuş qaydalara uyğun olmalıdır:
https://yandex.ru/support/reviews/rules.html.
Yandeks rəydə əks olunan informasiyanın düzgünlüyünə, aktuallığına, dəqiqliyinə görə, eləcə də, hər hansı zərərə və əldən verilmiş faydaya görə, İstifadəçi tərəfindən rəyin və / və ya qiymətləndirmənin dərc olunmasının nəticələrinə görə məsuliyyət daşımır. İstifadəçi dərc etdiyi rəyin məzmununa görə müstəqil şəkildə məsuliyyət daşıyır.
İstifadəçi məlumatlandırılmışdır və razıdır ki, Servisdə rəyin və / və ya qiymətləndirmənin dərc edilməsi zaman İstifadəçinin Yandeks Servislərində qeydiyyat zamanı yazdığı uçot qeydinin adı və şəkli (İstifadəçinin avatarı) əks olunacaq. Həmçinin, İstifadəçi razılaşır ki, rəydə əks olunan informasiyanı və qiymətləndirmə haqqında məlumatları qeyri məhdud sayda şəxslər görə biləcək.
Həyata keçirilmiş moderasiya prosedurunun nəticələrinə əsasən və ya rəyin məzmununun Servisin qaydalarına uyğun olmadığına dair daxil olmuş şikayət əsasında rəy silinə bilər və ya yerləşdirilməsinə Servis tərəfindən icazə verilməyə bilər. Rəyə görə şikayət aşağıda qeyd olunan ünvanda yerləşdirilmiş forma vasitəsilə göndərilə bilər: https://yandex.ru/support/reviews/complain.html. Bu kimi rəy onu dərc etmiş İstifadəçinin https://yandex.ru/ugcpub/cabinetünvanında şəxsi kabinetində əks oluna bilər.
İstifadəçi razılaşır ki, onun tərəfindən yerləşdirilmiş rəylər və / və ya qiymətləndirmələr İstifadəçinin əlavə razılığı olmadan Yandeks tərəfindən Servis çərçivəsində və Yandeksin digər Servislərində, eləcə də, üçüncü şəxslərin saytlarında dərc oluna və istifadə oluna bilər. Bu zaman rəylər və / və ya qiymətləndirmələr müəllifin qramatikasını, orfoqrafiyasını və punktuasiyasını saxlamaqla, rəyin və / və ya qiymətin aid olduğu adı və İstifadəçi avatarını qeyd etməklə, “olduğu kimi” dərc olunur və istifadə olunur.
Servis funkaionallığı vasitəsilə yerləşdirilən rəylərdən və / və ya qiymətləndirmələrdən əlavə İstifadəçi üçüncü şəxslərin saytlarında dərc olunmuş rəyləri və / və ya qiymətləndirmələri tam və ya qismən izləyə bilər. Bu cür rəylər və qiymətlər orijinal yerləşmə mənbəyinin linki ilə müşayiət olunur. Yandeks müəllif və / və ya bu rəyi / qiymətləndirməni dərc etmiş şəxs qismində çıxış etmir və onların əlverişliliyinə görə msuliyyət daşımır. Rəyə və / və ya qiymətləndirməyə görə şikayət irəli sürmək üçün İstifadəçi rəyin dərc olunduğu müvafiq saytın administratoruna müraciət edə bilər.
2.8. Hazırkı Şərtlərin dəfələrlə pozuntusuna yol verilən halda Yandeks şəxsi mülahizəsinə uyğun olaraq, İstifadəçinin uçot qeydini istifadə etməklə onun Servisə (və ya texnoloji baxımdan mümkün olan halda, Servisin müəyyən funksiyalarına) giriş imkanını məhdudlaşdırmaq və ya İstifadəçinin uçot qeydini tam şəkildə bloklamaq (əgər İstifadəçi Servisə girişi uçot qeydi vasitəsilə həyata keçirirsə), eləcə də, qanunvericiliyin tələblərinə riayət etmək və üçüncü şəxslərin hüquqlarını və qanuni maraqlarını qorumaq məqsədi ilə İstifadəçiyə qarşı digər tədbirləri həyata keçirmək hüququna malikdir.
3. Veb – saytların indeksasiyası
3.1. Yandeks üçüncü şəxslər tərəfindən yaradılmış veb – saytların səhifələrini indeksasiya edir. Yandeks bu cür səhifələrin keyfiyyətinə və məzmununa görə məsuliyyət daşımır. İndeksasiya Yandeks axtarış maşınının robotu tərəfindən avtomatik rejimdə, müəyyən alqoritmlərə uyğun olaraq həyata keçirilir ki, bu da veb – saytların qanunvericilik normalarına, etik və əxlaqi qaydalara, eləcə də, digər senzuraya uyğunluğuna görə onların səhifələrinin məzmununun əvvəlcədən və ya sonradan qiymətləndirilməsini (moderasiyasını) nəzərdə tutumur. Həmçinin, Yandeks üçüncü şəxslərin veb – saytlarında İstifadəçi üçün əlverişli olan biləcək xidmətlərin göstərilməsi, məhsulların alınması və sair haqqında istənilən təkliflərin mövcud olmasına / olmamasına, məzmununa və keyfiyyətinə görə, o cümlədən, bu cür təkliflərdən yararlanan İstifadəçinin hər hansı itkilərinə və ona dəymiş zərərə görə məsuliyyət daşımır.
3.2. Veb – saytların səhifələrində dəyişikliklər axtarış işinin aktuallaşdırılması məqsədi ilə Yandeks robotu tərəfindən avtomatik rejimdə izlənilir (təkrar indeksasiya həyata keçirilir). Lakin, üçüncü şəxslərin veb – saytlarının səhifələrində yerləşdirilmiş istənilən informasiya və materiallar bu və ya digər səhifənin sahibi tərəfindən istənilən anda dəyişdirilə bilər. Yandeks hər veb – sayt üçün bu cür dəyişiklikləri izləmir və onlara görə cavabdehlik daşımır.
3.3. Yandeks İstifadəçiyə zəmanət vermir ki, onun axtarış sorğusuna cavab kifayət edici olacaq və İstifadəçi İnternet şəbəkəsində onu maraqlandıran mövzuya dair bütün mövcud olan məlumatı əldə etmiş olacaq. Həmçinin, Yandeks İstifadəçinin axtarış sorğusuna əsasən tapılmış veb – saytların səhifələrinə linklərin tam dəqiqliyinə / aktuallığına görə məsuliyyət daşımır.
3.4. Yandeks Servisin bazası ilə veb – saytların bütün rus dilində olan və Rusiyaya yönəlmiş səhifələrini əlaqələndirir. Bu zaman Yandeks Servisin bazasına hansı veb – saytın daxil olacağı və hansının daxil olmayacağı barədə qərarı müstəqil şəkildə qəbul edir.
3.5. Nəticələrin qaydalaşdırılması, axtarış və indeksasiya prosesinin bir hissəsi kimi müəyyən olunmuş və axtarışın keyfiyyətini yüksəltmək üçün Yandeksin istəyi ilə dəyişdirilə bilən relevantlıq (uyğunluq) meyarlarına cavab verən şəkildə tam avtomatik rejimdə baş verir. Yandeks relevantlıq dedikdə, müəyyən sorğu əsasında verilmiş axtarış nəticələrinin informasiyanı axtaran istifadəçilərin maraqlarına tam şəkildə uyğun olmasını nəzərdə tutur ki, bu da ümumilikdə sayt sahiblərinin və ya ayrı – ayrı istifadəçilərin maraqları ilə eynilik təşkil etməyə bilər. Axtarış nəticələrini əks etdirən səhifə xüsusi qeydlərlə və / və ya xarici tərtibat ilə müşayiət olunan reklam elanlarını daxil edə bilər ki, bu da elanları səhifədə əks etdirilən axtarış nəticələrindən fərqləndirmək imkanını verir.
3.6. Yandeks Servisin axtarış sistemində veb – saytların mövqelərini İstifadəçinin heç bir sorğusuna görə tənzimləmir (açar sözlərlə), bu cür mövqeləri heç vaxt heç kimə ötürmür və bu və ya digər veb – saytın İstifadəçinin axtarış sorğusuna əsasən axtarış nəticələrində dəyişilməz qalacağına zəmanət vermir.
3.7. “Axtarış spamı” — Servisin axtarış sisteminin aldadılması və axtarış nəticələrində bu və ya digər veb – saytın mövqeyinin dəyişdirilməsi məqsədi ilə manipulyasiya edilməsi cəhdləridir. “Axtarış spamını” istifadə edən veb – saytlar çeşidləmə zamanı aradan qaldırıla və ya düzgün çeşidlənməsinin mümkün olmadığı səbəbindən Servisin bazasından xaric edilə bilər.
3.8. Yandeks veb – saytların Srvisin bazasından xaric edilməsinə və / və ya onların mövqelərinin dəyişilməsinə dair şərh vermir, eləcə də, bu cür hərəkətlər barəsində məlumat vermir və bu veb – saytların yenidən Sevisin bazasına daxil ediləcəyinə və müddətlərə dair heç bir zəmanət vermir.
3.9. Həmçinin, Yandeks veb – saytın Servisin bazasından çıxarılmasına və / və ya onun mövqeyinin dəyişdirilməsinə səbəb ola biləcək “axtarış spamının” metodlarının tam siyahısını bildirməmək hüququna malikdir. Daha ətraflı məlumatı aşağıda qeyd olunan ünvanda “Yandeks baxımından keyfiyyətli sayt keyfiyyətsiz saytdan nə ilə fərqlənir” adlı sənəddən əldə etmək mümkündür: (https://yandex.ru/support/webmaster/yandex-indexing/webmaster-advice.html).
4. İnformasiyanın məxfiliyi və qanuniliyi
4.1. İstifadəçinin Servisdən yararlandığı müddət ərzində Yandeksin İstifadəçidən əldə edəcəyi bütün informasiyaya aid Yandeks ilə İstifadəçi arasında qarşılıqlı münasibətlər Məxfilik siyasəti ilə tənzimlənir (https://yandex.com/legal/confidential_az).
4.2. Yandeks İnternet şəbəkəsində ümumi istifadə üçün açıq olan veb – saytların səhifələrini indeksasiya edir – linklə keçid zamanı, login və parol daxil etmədən istifadə edilməsi mümkün olan səhifələr və indeksasiya edilməsi müvafiq veb – saytın robots.txt tərəfindən qadağan olunmayan səhifələr (ətraflı məlumatı aşağıda qeyd olunan sənəddən əldə etmək mümkündür: https://yandex.ru/support/webmaster/controlling-robot/robots-txt.xml). Servisin bazasında bu mənada açıq olan səhifələrin mövcud olmasına dair iradlar qəbul olunmur.
5. İnteraktiv axtarış elementləri
5.1. Yandeks axtarış nəticələrini əks etdirən səhifədə aşağıda təsvir olunan formaların birində və ya eyni zamanda bir neçə formada interaktiv axtarış elementlərini yerləşdirə bilər:
5.1.1. Xaric olunub.
5.1.2. İnformasiya blokları müəyyən məluatları əks etdirən zənginləşdirilmiş cavablardır ki, Yandeks axtarışın nəticələri ilə tanışlıqdan asılı olmayaraq, İstifadəçiyə bu cavablarla tanış olmağı təklif edir.
Zənginləşdirilmiş cavabların informasiya blokları informasiyanın İstifadəçi üçün ən rahat formatda təqdim edilməsi üçün nəzərdə tutulur.
Bu informasiya blokları sadjest şəklində (İstifadəçinin axtarış sorğusuna sorğunun yerləşdirildiyi sətirdə sürətli cavab) və ya səhifənin axtarış nəticələri ilə tutulmamış istənilən hissəsində blok şəklində və ya bu bənddə müəyyən edilmiş qaydaları nəzərə almaqla, digər formada təqdim oluna bilər.
Bu blokların nəticələri əks etdirən səhifədə yerləşməsi bu cür blokların axtarış nəticələrindən ayrı şəkildə həyata keçirilir: blokun və / və ya axtarış nəticəsinin dizaynında fərqlər, blokun nəticənin xaricində yerləşdirilməsi və ya digər vasitələrlə.
Zənginləşdirilmiş cavablar Yandeksin axtarış bazasının əsasında yaradılır və Yandeks tərəfindən avtomatik olaraq, açıq mənbələrdən, üçüncü şəxslərin saytlarından əldə edilmiş, Yandeks Partnyorları tərəfindən Yandeksin axtarış sistemi ilə Partnyorluq inteqrasiyası siyasətinə uyğun şəkildə təqdim olunmuş, eləcə də, Yandeks servislərindən alınmış informasiyanı istifadə etməklə yerləşdirilir.
(https://yandex.ru/legal/search_partner_integration_policy).
Zənginləşdirilmiş cavablarda mövcud olan informasiya müstəsna olaraq məlumat xarakterli informasiyadır. Servisin funksional imkanları onların hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi, axtarış nəticələrində irəli çıxarılması, təqdim olunan informasiya haqqında obyektiv qiymətləndirimənin həyata keçirilməsi məqsədləri ilə istifadə üçün nəzərdə tutulmur. Zənginləşdirilmiş cavablarda mövcud olan istənilən informasiya bu cür informasiyanın mənbə səhifəsində təsdiq olunmalıdır.
Yandeks zənginləşdirilmiş cavabların məzmununa, onlar tərəfindən icra olunan funksiyaların əlverişliliyinə və / və ya onlarda əks olunan informasiyanın qanuna uyğunluğuna, düzgünlüyünə, etibarlılığına və aktuallığına görə, eləcə də, bu informasiyanın İstifadəçi tərəfindən istifadəsinin nəticələrinə görə məsuliyyət daşımır.
İstifadəçi aşağıda qeyd olunan səhifədə müvafiq formanı doldurmaqla, informasiya blokunda mövcud olan informasiyaya qarşı şikayətlərini bildirə bilər: https://yandex.ru/support/abuse/troubleshooting/search/search-appearance.html, və ya bilavasitə informasiya blokunda əlverişli olan alətlər vasitəsilə problem barəsində təcili məlumat verə bilər.
5.2. İnteraktiv axtarış elementləri insanın iştirakı olmadan fəaliyyət göstərən avtomatlaşdırılmış axtarış alqoritmlərinə təsir göstərmir və axtarış nəticələrinin çeşidlənməsi zaman üçüncü şəxslərin saytlarına hər hansı üstünlüklərin verilməsi üçün alət qismində təsnifləndirilə bilməz.
Çap tarixi: 07.10.2022